SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yenidən yanan "Eurohome"un əsl sahibi gömrük generalı çıxdı - Ramiz Mehdiyevin də qohumu imiş...

Yenidən yanan "Eurohome"un əsl sahibi gömrük generalı çıxdı - Ramiz Mehdiyevin də qohumu imiş...

Tarix:

12-05-2020, 10:41

/ 1 920 dəfə oxundu.
Yenidən yanan "Eurohome"un əsl sahibi gömrük generalı çıxdı - Ramiz Mehdiyevin də qohumu imiş...

İkinci dəfə güclü yanğına məruz qalan paytaxtın ən böyük tikinti materialları bazarlarından biri olan ”Euro Houme”-un kimə məxsus olması ən çox maraq doğuran suallardan biri olmaqdadır.

Adıçəkilən bazar ilk dəfə alovlananda onun sahibi olaraq, bir neçə məşhur məmurun adı çəkilsə də sonradan bu təsdiqini tapmayıb.

Gununsesi.org ”Euro Houme” sahibinin kimliyini müəyyən edib.

Araşdırmamız zamanı bəlli olub ki, bazar Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyevə məxsusdur.

İllərdən bəri adıçəkilən bazara faktiki sahiblik edən gömrük generalı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmisi oğludur.

Ramiz Mehdiyevin hakimiyyətdəki mövqelərindən istifadə edən Telman Mehdiyev zamanında bu bazalı quraraq, külli miqdarda gəlir əldə edib.

Araşdırmamızda o da bəlli olur ki, Ramiz Mehdiyevin ailə üzvlərinin də bu bazardan aylıq qazancı olub.

Gununsesi.org-un əməkdaşı məsələyə münasibət üçün Telman Mehdiyevin özü ilə əlaqə saxlamaq istəsə də bu cəhdi baş tutmayıb.

Belə ki, Telman Mehdiyev əməkdaşımızın sualını eşidər-eşitməz telefonun dəstəyini asıb.

Şərhlər

XƏBƏR LENTİ