XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Cavid Qurbanovun fəaliyyəti araşdırılacaq - GƏLİŞMƏ

Cavid Qurbanovun fəaliyyəti araşdırılacaq - GƏLİŞMƏ

Cavid Qurbanovun fəaliyyəti araşdırılacaq - GƏLİŞMƏ
21-04-2020, 12:48

"Yaxın günlərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Hesablama Palatası tərəfindən təftiş ediləcək". Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub.

Məlumatı verən mənbə iddia edir ki, yoxlama dairəsi məhz hal-hazırda ADY QSC-nin İdarə Heyətinin sədri postunu tutan Cavid Qurbanovun dövrünü əhatə edir.

Mənbənin dia.az-a söylədikləri: "Əgər yoxlama formal xarakter daşımasa ortaya çox ciddi yeyinti faktları çıxa bilər. Ən azından Cavid Qurbanovun həmin vəzifəyə gəlişindən sonra baş tutan vaqon alışının sənədlərinə gözucu nəzər salmaqla buna nail olmaq mümkündür".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.

İddia olunanlarlqa bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.