XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Rzayevlərin 17 milyonluq işi: “Gök-Nur Bakı LTD”-dən – Faktlar

Rzayevlərin 17 milyonluq işi: “Gök-Nur Bakı LTD”-dən – Faktlar

Rzayevlərin 17 milyonluq işi: “Gök-Nur Bakı LTD”-dən – Faktlar
14-04-2020, 12:37

Nə hikmətdirsə, “Azərişıq” ASC-nin tenderlərində “Göknur Bakı LTD” MMC tez-tez qalib olur. Amma burada bir kəramət axtarmağa dəyməz.
Reportyor.info-nun verdiyi məlumata görə, MMC rəhbəri “Azərişıq” ASC-nin sabiq sədri Baba Rzayevin qardaşı Rahib Rzayevə məxsusdur.
Ona görə də “Azərişıq” ASC-nin elan etdiyi sonuncu 30 milyonluq tenderdə R.Rzayevin rəhbəri olduğu “Göknur Bakı LTD” MMC 17 milyonluq vəsaitin qalibi çıxarılıb.
Bu barədə Həbib Müntəzir facebook-da məlumatı açıqlayıb. Hazırda “Azərenerji” ASC prezidenti olan Baba Rzayev hələ də “Azərişıq” ASC-də ciddi nüfuza və təsirə malikdir. Odur ki, qardaşının şirkəti tenderlərdə böyük kapitala sahiblənə bilir.
KİV-də gedən xəbərlərdə də deyilir ki, büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD” B.Rzayevə məxsus “Santral Elektrik LTD” ilə eyni ünvanı bölüşür.
Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan Santral Elektrik LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur.
Santral Elektrik LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi.
İndi Santral Elektrikə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.
Həm də təkcə Santral Elektrik deyil, əldə etdiyimiz sənədlərə görə bu ailə Azərbaycanda elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir. Ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb.
Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri Santral Elektriklə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir.
“General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur.
GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub.
2003-cü ildə yaradılmış “Gök-Nur Bakı LTD”-nin Vergilər Nazirliyi reyestrindən çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi olaraq göstərilir. Digər təsisçi isə Handa Groupdur.
Təkcə 2011-ci il üçün tender reyestrində göstərilənlərə görə, “Bakıelektrikşəbəkə”nin “Gök-Nur Bakı”ya rəsmi müqavilələr əsasında ödədiyi pulların ümumi həcmi: 338368,86 manatdır. “Gök-Nur Bakı LTD” müxtəlif növ kabellərin istehsalı və quraşdırılması ilə məşğuldur.
Həm “GBS MMC”nin, həm də “Gök-Nur Bakı”nın Zirə qəsəbəsində yanaşı sahədə kabel və elektrik avadanlıqları istehsalı zavodu var.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.