SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əfv edilən şəxslər Prezidentə təşəkkür etdi

Əfv edilən şəxslər Prezidentə təşəkkür etdi

Tarix:

7-04-2020, 18:25

/ 1 172 dəfə oxundu.
Əfv edilən şəxslər Prezidentə təşəkkür etdi

Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə 2 il 8 ay müddətinə azadlıqdan məhrum olunmuşdum. Artıq cəzamın 2 il 6 ayını çəkmişəm".

Bunu jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində azadlığa buraxılan Həsən Məmmədov deyib.

Keçmiş prokurorluq əməkdaşı olduğunu qeyd edən H.Məmmədov əfv olunduğu üçün ölkə başçısına təşəkkür etdiyini söyləyib:

"Prezident İlham Əliyevin bizə göstərdiyi bu humanis addıma görə minnətdarlığımızı bildirirəm. Ölkənin hazırkı vəziyyətində bizi yada saldığına görə Prezidentə çox təşəkkür edirəm. Həmçinin müəssisə rəhbərliyinə də minnətdarlığımı bildirirəm. Cəzaçəkmə müəssisəsində məhkumlara bacardıqları qədər köməklik göstərirlər. Çalışacağıq ki, Prezidentin etimadını doğruldaq".

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə əfv edilən Zaur Bayramov da ölkə başçısına təşəkkür edib:

"2011-ci ildə qaçaqmalçılıq maddəsi ilə həbs edilmişəm. Cəzamın 9 ilini çəkmişəm, azadlığa çıxmaq üçün 2 il 2 ay müddəti vardı. Əfv sərəncamı imzaladığı üçün Prezident İlham Əliyevə minnətdaram ki, bizə belə bir humanistlik göstərdi. Cənab Prezident biz yaşlıları ailələrimizə qovuşdurdu".

Z.Bayramov deyib ki, koronavirusla əlaqədar olaraq, Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində ciddi yoxlama aparılır: "Bizim temperaturumuz hər gün yoxlanılırdı. Müəssisədə tibbi maska ilə gəzişirdik. Gəzəndə də hər kəs 2 metr ara məsafəsi saxlayırdı. Hər gün də dezenfeksiya işləri aparılır".

Şərhlər

XƏBƏR LENTİ