XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İki illik dövrü araşdırılır... - İLGİNC GƏLİŞMƏ

İki illik dövrü araşdırılır... - İLGİNC GƏLİŞMƏ

İki illik dövrü araşdırılır... - İLGİNC GƏLİŞMƏ
19-03-2020, 12:20

"Bayramdan sonra Dövlət Gömrük Komitəsində (DGK) maliyyə yoxlamalarına start veriləcək". Bu sözləri DİA.AZ-a məlumatlı mənbə bildirib. Qaynaq iddia edir ki, yoxlamalarda məqsəd DGK xəttilə büdcəyə daxil olan vasitlərin şəffaflığının araşdırılması və ümumiyyətlə, DGK sisteminin maliyyə fəaliyyətinin təftişidir.

Mənbə dia.az-a bildirir ki, araşdırma müddəti son iki ili əhatə edəcək: "Bu isə o deməkdir ki, "yuxarılar" məhz Səfər Mehdiyevin dövründəki maliyyə fəaliyyətinin yoxlanılması qərarını veriblər".

Qeyd edək ki, Səfər Mehdiyev 2018-ci ilin aprel ayında DGK sədri vəzifəsinə təyin olunub və son vaxtlar onun barəsində yerli KİV-də intensiv olaraq neqativ faktlar işıqlandırılmaqdadır.

Səfər Mehdiyevin özünə gəlincə isa xarakterik olaraq daha çox iş görməkdənsə, populist bir məmur kimi diqqətə gələn, "filan şey olarsa, istefa verəcəm" deyərək barəsində yetərincə mənfi rəy formalaşdıran DGK sədrinə "yuxarıların" münasibətinin birmənalı olmadığı da deyilir.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.