SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xanhüseyn Kazımlının oğlu nədən narahatdır, yaxud kimə arxayındır?

Xanhüseyn Kazımlının oğlu nədən narahatdır, yaxud kimə arxayındır?

Tarix:

29-01-2020, 10:01

/ 934 dəfə oxundu.
Xanhüseyn Kazımlının oğlu nədən narahatdır, yaxud kimə arxayındır?

İpoteka və Kredit Zəmanəti Fondunun rəsmiləri İTV-nin "Sabaha Saxlamayaq" Proqramına qatılmaqdan imtina ediblər.

AFN xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. "Təsəvvür edin ki dövlət qurumu bu dərəcədə arxayın və etinasızdır" deyən ekspertin sözlərinə görə, rəhbərliyi Prezident tərəfindən təyin olunan qurum, dövlət büdcəsindən maliyyələşən və ictimai yayımı həyata keçirən, diskussiya yönümlü bir verilişə qatılmaqdan imtina edir: "Fikrimcə ağlasığmaz və məntiqszi bir haldır. Bəlkə onlar gözləyirlər ki cəmiyyəti narahat edən aktual məsələ ilə bağlı, bəzi TV-lərdə olduğu kimi, hansısa müğənni və ya qeyri-peşəkar birisi gəlib açıqlama verməlidir Anlamıram ki, Fond rəhbərliyi kimə və nəyə arxayındır. Düşünürəm ki, Fond rəhbərliyi 10 milyonluq bir elektron resursun təkmil olmaması ilə bağlı, ümumiyyətlə kirayə mexanizmlərinin mahiyyəti ilə bağlı cəmiyyətə məlumat verməyə borcludur.
Prezident son zamanlar bütün çıxışlarında ictimai nəzarətin, informasiya açqılığının, dövlət qurumlarının xalqa daha yaxın olmasının vacibliyindən danışdığı bir zamanda, ölkədə ciddi islahatlar getdiyi bir zamanda Fond rəhbərliyinin bu addımı ümumiyyətlə anlaşılmazdır.
Ümid edirəm, İctimai Teleradionun Yayım Şurası, aidiyyatı qurumlar İpoteka Fondunun və bu kimi bəzi dövlət qurumlarının İctimai yayım qurumuna qarşı bu cür etinasızlığı və sayğısızlığının cavabını verəcəklər".

Şərhlər

XƏBƏR LENTİ