"Kukla ilə üz-üzə dayanmağı özümə sığışdırmadım” – Fəzail Ağamalı
Heç bir bəhanə gətirməmişəm. Sadəcə İctimai Televiziyada yayımlanan "3D” verilişinin formatı məni qane etməyib. Bu fikrimi orada deyib verilişə qatılmaqdan imtina etmişəm”.
Bu sözləri Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan "3D” verilişinə qatılmaqdan imtina etməsi barədə danışarkən deyib.
"3D”yə dəvət olunan Fəzail Ağamalının verilişə qatılmaqdan imtina etdiyini robot aparıcı "Dadaş Dadaşlinski" deyib.
"Bu gün Fəzail Ağamalı qonağım olmalı idi. Hətta bura qədər gəldi amma bu divanda əyləşməkdən imtina etdi. Bəhanəsi isə o oldu ki, o, daha ciddi aparıcının qonağı olmalıdır. Niyə gəlirdin bura qədər, Fəzail müəllim? Verilişə bir internetdə baxardınız, bir görərdiniz hara dəvət alırnısınız. Başa düşmədim. Ən azından siz deyin, hörmətli sosial şəbəkə istifadəçiləri və televiziya tamaşıçıları, məndən ciddi aparıcı varmı indi teleməkanda?”, - deyə "Dadaşlinski" bildirib.
Fəzail Ağamalının sözlərinə görə, onu "3D”yə verilişin rejissoru dəvət edib:
"Esmira xanım zəng vurub dəvət elədi. Dəvətdən əvvəl verilişə baxıb-baxmadığımı soruşdu. Dedim ki, baxmamışam. Bununla belə, dedi gəlin. Aparıcı barədə məlumatım yox idi. Getdim gördüm ki, aparıcı bir kukladır. Mən də kukla ilə üz-üzə dayanmağı özümə sığışdırmadım və verilişə çıxmaqdan imtina etdim. Dedim bir adam əyləşdirin, nə sualınız varsa, verin. Amma bu kukla ilə üz-üzə oturmaq istəmirəm. Burada hansı bəhanədən söhbət gedə bilər? Mən həmişə mətbuata açıq adam olmuşam”.
Məlumat üçün qeyd edək ki, Fəzail Ağamalının həmkarları Hadı Rəcəbli, Qənirə Paşayeva, Tahir Kərimli və bir sıra ictimaiyyət nümayəndələri bu verilişin qonağı olub.
yenisabah.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək