XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Hacı Salayevin geri çəkildiyi dairədə Cavid Qurbanovun adamı əsas namizədə çevrilib

Hacı Salayevin geri çəkildiyi dairədə Cavid Qurbanovun adamı əsas namizədə çevrilib

Hacı Salayevin geri çəkildiyi dairədə Cavid Qurbanovun adamı əsas namizədə çevrilib
25-01-2020, 21:54

Yanvarın 24-də qarşıdan gələn növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin sayı 1400 nəfərə düşüb. Bunu Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər
MSK-dan verilən məlumata görə, indiyə kimi qeydə alınmış 1637 nəfər namizəddən 237-si namizədliyini geri götürüb. Qurumdan namizədlərin ərizələrində bunu nəylə izah etmələrini açıqlamayıblar.

V çağırış Milli Məclisin üzvü Hacı Salayev də fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini geri götürüb. Hacı Salayev namizədliyini 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən irəli sürmüşdü. Bu barədə Hacı Salayevin özü “Turan” agentliyinə məlumat verib. Onun sözlərinə görə, parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı ərizəni Dairə Seçki Komissiyasına (DSK) təqdim edib.

Bəs deputat Hacı Salayevin geri çəkilməsindən sonra 44 saylı Seçki Dairəsindən hansı namizədin şansları yüksəlib?

MSK-nın məlumatına görə, bu dairədən 18 nəfərin namizədliyi qeydə alınıb. Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlinin namizədliyini irəli sürüb. Ümid Partiyası icra aparatının rəhbəri Taleh Əliyev də bu dairədən namizəddir.

Diqqət çəkən namizədlərdən biri “Azərbaycan Dəmir Yolları” QSC-nın baş hüquqşünası, şöbə rəisi Əzimağa İbrahimovdur. Əldə etdiyimiz məlumata görə, bu namizəd adıçəkilən qurumun rəhbəri Cavid Qurbanova yaxın şəxsdir və onun tövsiyəsi ilə namizədliyini irəli sürüb.

Bundan başqa Azərbaycan Qarşıq Döyüş Növləri Mərkəzinin prezidenti Sevindik Mehdiyev, Sumqayıt Bələdiyyəsinin sədr müavini Zeynəb Məmmədyarovanın da fəal seçki kampaniyası apardıqları bildirilir.

Bu dairədə inzibati dəstək amili hələ ki, özünü göstərmədiyindən kimin daha şanslı olduğunu demək çətindir...

Azpolitika.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.