SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ziyad Səmədzadə seçki qanununu vecinə almır

Ziyad Səmədzadə seçki qanununu vecinə almır

Tarix:

23-01-2020, 01:07

/ 1 602 dəfə oxundu.
Ziyad Səmədzadə seçki qanununu vecinə almır

Ziyalı sözünə güvənək" deyə-deyə seçicilərə etinasız yanaşan, hörmətsizlik edən akademik eyni hərəkəti qanunlara qarşı da sərgiləyir.

Gördüyünüz kimi, bu seçkiqabağı təşviqat materialı akademik deputat Ziyad Səmədzadəyə məxsusdur. Bir vaxtlar Mütəllibov hakimiyyəti zamanında Heydər Əliyevə qarşı hörmətsiz münasibətinə görə hakimiyyətdən kənarda saxlanılar, yalnız onun ölümündən sonra deputat seçilə bilən Ziyad Səmədzadənin qanunlara qarşı hörmətsizliyi əndazə bilmir. İki deputatlıq dönəmində seçicilər bir dəfə də olsun yada salmayan, onlara qarşı etinasız yanaşan, hörmətsizlik edən akademik eyni hərəkəti qanunlara qarşı da sərgiləyir. Fikrimizi əsaslandırmadan öncə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 87.3.-cü maddəsini oxuculara təqdim edək: Seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır.

Ziyad Səmədzadənin seçki dairəsində yaydırdığı bu plakatında isə sözügedən maddənin bircə tələbinə belə, riayət olunmayıb. Akademik deputat özünü “Vor” kimi apararaq ölkə qanunlarını vecinə belə almır və sonra qanun yaradıcılığı işinə iddia edir. Qanunları heçə sayan adam qanunverici orqana yenidən üzv olmaq istəyir.

pia.az
Ziyad Səmədzadə seçki qanununu vecinə almır

Şərhlər

XƏBƏR LENTİ