SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanov “TOPAZ”çı Vəsilə Abdulovanı deputat seçdirir

Cavid Qurbanov “TOPAZ”çı Vəsilə Abdulovanı deputat seçdirir

Tarix:

20-01-2020, 21:17

/ 2 144 dəfə oxundu.
Cavid Qurbanov “TOPAZ”çı Vəsilə Abdulovanı deputat seçdirir

Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov bu parlament seçkilərində namizədliyini irəli sürməsə də, artıq iki yaxın adamını deputat seçdirmək üçün çırmanıb...

Xeber.de-yə istinadən məlumat veririk ki, onlardan biri ictimaiyyətə artıq agahdır. 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd Aqil Məmmədov C.Qurbanovun sayəsində mandatı cibinə qoymağa hazırlaşır.

Kəlbəcərin icra başçısı olan A.Məmmədov C.Qurbanovla qohumdur və onun karyera yüksəlişində də baş dəmiryolçunun xüsusi rolu olub.

C.Qurbanovun deputat seçdirmək istədiyi digər namizəd isə “Azərbaycan Dəmir Yolları” QSC-də maliyyə və iqtisadiyyat idsrəsinin rəis müavini Vəsilə Abdulovadır.

V.Abdulova C.Qurbanovun önəmli fiqurlarından biri kimi xarakterizə olunur. Təsadüfi deyil ki, Abdulova Qurbanovun “TOPAZ” qumarına nəzarət edir. Hazırda 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd olan V.Abdulovanın ciddi bir rəqibi də yoxdur və YAP-ın bu dairədən irəli sürdüyü Nurlan Həsənov elə də tanınmış şəxs deyil. Odur ki, C.Qurbanovun parlamentdə iki mandatının olacağı ehtimal edilir.

Qeyd edək ki, “TOPAZ”-ın səhm paketlərinin böyük bir hissəsi Cavid Qurbanov tərəfindən alındığı sirr deyil.

“TOPAZ”-ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkəti “Azerinteltek”dəki payını satışa çıxartması barədə məlumat yayılmışdı.

Daha sonra isə “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında (təxminən 38 milyon manat) “Baltech Investment LLC”-yə satması barədə açıqlama yaydı.

Ölkə mətbuatının apardığı araşdırmada məlum oldu ki, adı xarici şirkət olan “Baltech Investment LLC” əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsusdur.

“TOPAZ” şirkətinin maliyyə məsələləri ilə QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulova məşğuldur.



Abulovanın “Azərbaycan Dəmir Yolları” QSC-də nüfuzunun genişlənməsi ilə bağlı yerli mətbuatda intensiv məlumatlar dərc olunur.

2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-də işə düzəldikdən sonra qısa zaman kəsiyində Vəsilə Abdulova həm karyerasında sıçrayış yaşanıb və həmdə o, sürətlə varlanmağa başlayıb.

V.Abdulova sıradan xanım deyil. Araşdırmamıza görə, o, “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə rəisinin müavini olmaqla yanaşı Voleybol Federasiyasının maliyyə məsələləri üzrə vitse-prezidenti imiş.

Vəsilə xanım “Azərreyl” voleybol klubuna da baş mühasib gətirilmişdi. Bu etimad və onun maliyyə işlərində səriştəli olması “Topaz”a qədər irəliləməsinə səbəb olub.

Elə bunun nəticəsidir ki, 2016-cı ilə qədər Əhmədlidə kirayədə yaşayan V.Abdulovanın hazırda Bakının mərkəzində, Fəhlə prospektində dəyəri 1 milyondan artıq olan villası var. Bundan başqa, Mərdəkanda, Nardaranda, Bilgəhdə bağ evləri göz qamaşdırır.

Onun şəhərin bahalı yerlərində yeni tikilən binalardan evlər aldığı da iddia olunur. Türkiyədə isə 4 otaqlı evinin olduğu bildirilir.

Hətta məşhur veteran voleybol məşqçisi Faiq Qarayevlə Türkiyədə şərikli bizneslərinin olması haqda xəbərlər var. Abdulovanın son 3 ildə yaranmış avtomobil qarajı da xüsusi maraq doğurur.

Dəmiryolçu xanımın qarajında “022 Range Rover”, “022 Lexus”, “011 Hyundai”, “BMW 5” və “Pajero Jeep” markalı avtomobil kolleksiyası var. Bütün bu daşınar və daşınmaz sərvəti Vəsilə xanım son 3 ildə əldə edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə rəisinin müavini olan xanım məmurun bu qədər sərvətə necə nail olması ciddi suallar ortaya doğurur.

Şərhlər

XƏBƏR LENTİ