SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İlham Əliyev ad günlərində məmurlara nümunə olan liderdir — FOTOLAR

İlham Əliyev ad günlərində məmurlara nümunə olan liderdir — FOTOLAR

Tarix:

24-12-2019, 15:33

/ 1 390 dəfə oxundu.
İlham Əliyev ad günlərində məmurlara nümunə olan liderdir — FOTOLAR

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olan ölkə başçısı son illər doğum gününü fəqli şəkildə qeyd edir.

"Mən xalqın birinci xidmətçisiyəm və bütün məmurlar belə işləməlidir" deyən, vəzifəli şəxslərdən də vətəndaşlara qayğı göstərilməsini tələb edən Prezident İlham Əliyev doğum günlərini müxtəlif təbəqələrdən olan sadə vətəndaşlarla qeyd etməklə məmurlara nümunə göstərib.


Ölkə başçısı bununla ən vacib günündə belə, xalqının yanında olduğunu nümayiş etdirib.

Son illər ölkə başçısının ad günlərini harada və necə keçirdiyinə nəzər salsaq görərik ki, Prezident ad gününü cəbhəyə, məcburi köçkün ailələrinə və ya müxtəlif sosial layihələrin icrasına həsr edib..

2011-ci ildə Ali Baş Komandan 50 yaşını ailəsi ilə birgə cəbhə xəttində əsgərlərlə keçirmiş, məcburi köçkünlərlə görüşüb ad gününü Şuşada qeyd etmək arzusunda olduğunu bildirmişdi.


2012-ci ildə isə İlham Əliyev Sumqayıtda Qarabağ müharibəsi və şəhid ailələri üçün inşa edilən 12 mərtəbəli 96 mənzilli binanın açılış mərasiminə qatılmışdı.

2013-cü ilin bu günündə Prezident Bakının Ramana qəsəbəsində Sağlamlıq imkanları məhdud gənclərin peşə reablitasiya mərkəzinin yenidən qurmasından sonra açılışını etdi. Orada gənclərlə görüşdü, onların problemləri ilə maraqlandı.

Növbəti ildəki doğum günündə Bakı Ağ şəhərin inşası başa çatan ofis binası və layihə çərçivəsində görülən digər işlərlə tanış oldu.

2015-ci ilin 24 dekabrında paytaxtın Nərimanov rayonundakı gözdən əlillər üçün inşa olunan yaşayış binasının açılış mərasiminə qatılmışdı.

2016-cı ildə Prezident 55 yaşını Yeni Yasamalda sosial evlərin təməlqoyma mərasiminə qatılmaqla qeyd edib.

2017-ci ildə 56 yaşı tamam olan Azərbaycan prezidenti İlham Əliyev ad gününü ailəsi ilə birlikdə qeyd edib. Dövlət başçısının ad günü mərasimindən olan fotolar böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "İnstagram" səhifəsində paylaşılıb.


Fotolarda İ.Əliyevin nəvələri, həyat yoldaşı, qızı və oğlunun əhatəsində olduğu görünür. Ailə üzvləri onun ad günün tortla təbrik ediblər. Nəvələri Əli və Mikayıl isə babalarına Azərbaycan bayrağı formasında olan hədiyyələr verib.

2018-ci il dekabrın 24-də İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin açılışında iştirak edərkən, bir daha xalqın yanında olduğunu göstərib. Ölkə başçısı axşam saatlarında ailəsilə birgə olub.

Həmin axşam Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə atasına ünvanlanan təbriklərə görə izləyicilərinə təşəkkür edib.

"Allah bütün ataları və mənim sevimli atamı qorusun. Səmimi təbriklərinə görə hamıya minnətdarlığımı bildirirəm! Allah bütün ataları və mənim sevimli atamı, bizim, dünyanın ən yaxşı Prezidentini qorusun!”.(Modern.az)
İlham Əliyev ad günlərində məmurlara nümunə olan liderdir — FOTOLAR



Şərhlər

XƏBƏR LENTİ