XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Baş redaktor prezidentə müraciət edib vətəndaşlıqdan imtina EDƏCƏK

Baş redaktor prezidentə müraciət edib vətəndaşlıqdan imtina EDƏCƏK

Baş redaktor prezidentə müraciət edib vətəndaşlıqdan imtina EDƏCƏK
12-12-2019, 23:21

Yazıçı-publisist-dramaturq, tarixi romanlar müəllifi Yunus Oğuz səsvermə hüququndan imtina edəcəyi ilə bağlı sosial media hesabında status paylaşıb.

O, bu barədə Prezidentə müraciət ünvanlayacağını bildirib. Y.Oğuz yazdığı statusların səbəbini açıqlamayıb. Bildirib ki, səbəbini Prezidentə yazdığı müraciətdə bildirəcək.

"Olaylar" qəzetinin baş redaktorunun yazdığı həmin statusları təqdim edirik:

"Əziz dostlar! Çox az qalıb, Cənab Prezidentimə müracət edib məni vətəndaşlıqdan çıxartmağını xahiş edəcəm. Səbəblərini müraciətimdə bildirəcəm."

"Sabah rəsmən ailəliklə Cənab Prezidentə müraciətimi təqdim edəcəm. Bu, o demək deyil ki, Azərbaycandan gedəcəm. Sadəcə olaraq səsvermə hüququndan imtina edirəm."

Musavat.com Yunus Oğuzla əlaqə saxlayıb, statusları özünün yazıb-yazmadığını dəqiqləşdirməyə çalışsa da, cəhdləri boşa çıxıb. O, telefonlara cavab verməyib.
Baş redaktor prezidentə müraciət edib vətəndaşlıqdan imtina EDƏCƏK

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.