XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » DSMF-dən Prezidentə şikayət olundu - "Əvvəlcə bir yoxlayın..."

DSMF-dən Prezidentə şikayət olundu - "Əvvəlcə bir yoxlayın..."

DSMF-dən Prezidentə şikayət olundu - "Əvvəlcə bir yoxlayın..."
8-06-2020, 08:20

Bakı sakini Cavanşir Canbaxışov Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Dövlət Sosial Müdafiə Fondunun məmurları əsassız olaraq imkan vermir ki, pensiyaya çıxım. 66 yaşım var, ciddi xəstəlikdən əziyyət çəkirəm.. Əmək kitabçasına görə stajım kifayət etsə də, DSMF-nin bürokratları deyir ki, gedin hər bir işlədiyiniz idarədən arayış gətirin. Ayıbdır axı. Əvvəlcə bir yoxlayın ekspertiza ilə ki, mənim əmək kitabçamda hər hansı saxtakarlıq varmı, varsa tamamilə imtina edin.

Cənab Prezident, şəxsən Sizdən xahiş edirəm ki, mənə qarşı DSMF tərəfindən törədilən bu bürokratiyanın qarşısının alınması üçün göstəriş verəsiniz. Xahiş edirəm nəzərə alasınız".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.