SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanov necə "ən fəal" deputat oldu? - "A tövbə!"

Cavid Qurbanov necə "ən fəal" deputat oldu? - "A tövbə!"

Tarix:

4-12-2019, 14:08

/ 925 dəfə oxundu.
Cavid Qurbanov necə "ən fəal" deputat oldu? - "A tövbə!"

Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun 2019-cu iin ən aktiv deputatı seçilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Xatırladaq ki, “İslahatçı Gənclər” İctimai Birliyi deputatların fəaliyyətinə internet istifadəçisi olan vətəndaşların münasibətini öyrənmək məqsədi ilə virtual sorğu keçirib. 18 noyabr-30 noyabr 2019-cu il tarixlərini əhatə edən virtual sorğuda respondentlər Milli Məclisin plenar və komitə iclaslarında aktivliyinə, seçicilərlə fəal işlədiyinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətinə, qanun yaradıcılığı sahəsində xidmətlərinə görə, ilin ən aktiv millət vəkillərini seçiblər.

Sorğunun nəticələrinə görə ilin ən fəal 10 deputatına 14.388 səslə Cavid Qurbanov başçılıq edir.

Jurnalist Azər Həsrət sorğunun nəticələrini şübhə altına alıb. Onun bu barədə yazdıqlarını təqdim edirik:

“Bugünlərdə baxıram ki, Cavid Qurbanovu ən fəal deputat seçiblər. A tövbə! Adam dəmiryolçudur, son günlər bəzi açılışlar edib, Prezidentin kampaniyasında nəzərə çarpıb. Amma parlamentdə nə edib, necə edib? Bu haqda harda nə var? Heç bir sorğusuz "Ən fəal" deputat Qənirə Paşayevadır! Bütün ölkə tanıyır. Türk dünyası tanıyır. Hara getsə onlarla, yüzlərlə insan sadəcə onunla şəkil çəkdirmək üçün sıraya düzülür. Üstəlik, MM-in bütün iclaslarında da çıxış edir. Cavid Qurbanov da belədirmi? Deyil, dostlar, deyil...”.

Yenixeber.org

Şərhlər

XƏBƏR LENTİ