SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elton Məmmədov kollektivə təqdim edildi

Elton Məmmədov kollektivə təqdim edildi

Tarix:

29-11-2019, 13:23

/ 1 288 dəfə oxundu.
Elton Məmmədov kollektivə təqdim edildi

Bu gün AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, texnika elmləri doktoru Elton Məmmədov kollektivə təqdim edilib.

E.Məmmədovu kollektivə AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov təqdim edib.

YT Parkın yeni direktorunun ictimai-siyasi, sosial, elmi və pedaqoji fəaliyyətindən, iş təcrübəsindən danışıb. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ölkəmizdə elmi nailiyyətlərin kommersiyalaşdırılmasına xüsusi önəm verdiyini qeyd edərək, bugünkü təyinatı göstərilən istiqamətdə atılan mühüm addım kimi səciyyələndirib.

Qeyd edib ki, Elton Məmmədov 57 elmi əsər, 3 monoqrafiya, 2 ixtira, eləcə də ali məktəblər üçün 3 dərsliyin müəllifidir.

Şərhlər

XƏBƏR LENTİ