SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İki “enerji kralı”nın alovlanan savaşı: Pirverdiyev Rzayevlə nəyi bölüşmür?

İki “enerji kralı”nın alovlanan savaşı: Pirverdiyev Rzayevlə nəyi bölüşmür?

Tarix:

19-01-2017, 00:02

/ 2 881 dəfə oxundu.
İki “enerji kralı”nın alovlanan savaşı: Pirverdiyev Rzayevlə nəyi bölüşmür?

“Azərenerji” ASC müstəqil qurum olmasa da, prezidenti Etibar Pirverdiyev təlimatlara dirəniş göstərir

Daxil olan məlumata görə, qurum “Azərişıq” ASC ilə kəllə-kəlləyə gəlməkdədir.

Struktur islahatı zamanı Baba Rzayevin rəhbəri olduğu quruma birləşən “Azərenerji” ASC əmrlərə boyun əymir. İki enerji bosu arasında ciddi konflikt yaşandığı iddia edilir.

Pirverdiyev həmişə avtoritar idarəçiliyi ilə seçilib. Onun kimsədən asılı olmadığı, öz sahəsini mükəmməl bildiyi və məsləhətləri qulaqardı etdiyi deyilir. Mənbənin qeydlərinə görə, bu da Baba Rzayevlə Pirverdiyev arasında nüfuz savaşını alovlandırıb.

“Azərişıq” ASC sədri özünü bütünlükdə bu strukturun ağası sayır. “Azərenerji” ASC rəhbəri isə ona tabe olmayaraq öz istəklərini reallaşdırır, bildiyi qərarları qəbul edir.

Qeyd edək ki, Etibar Pirverdiyevin səlahiyyətlərinin əlindən alınması heç də təsadüfü deyil. Uzun müddət idi ki, bu istiqamətdə müzakirələrin getdiyinə dair məlumatlar vardı. Hətta Etibar Pirverdiyevin vəzifədən götürüləcəyi gözlənilirdi.

Bunun bir səbəbi kimi həm Etibar Pirverdiyevin “Azərenerji”də böhranlı vəziyyət yaranmasına səbəb olması, idarəçilikdə buraxdığı çoxsaylı səhvlər idi.
Hətta son aylar “Azərenerji”də maliyyə sıxıntıları ilə əlaqədar kağız almağa belə vəsaitin tapmaydığlına dair məlumat yayılırdı.

Böyük məbləğdə kredit borcları olan ASC həmin borcları ödəməkdə çətinlik çəkdiyi qeyd olunurdu. Eyni zamanda ASC-nin maliyyələşdirdiyi böyük layihələrdə ciddi maxinasiyalara yol verildiyinə dair məlumatlar var idi.

Daxil olan məlumata görə, Pirverdiyev yenə də qərarları verməkdə müstəqilliyini qoruyub saxlamağa çalışır.

Aparılan araşdırmalara görə, 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən “Azərenerji” ASC-yə 1 milyard 132 milyon manat və yaxud 1,5 milyard dollar dövlət investisiyası yatırılıb.

Buraya 1 milyard 431,6 milyon dollar xarici kreditləri də əlavə etsək, demək olar ki, son 5 ildə bu sektora 3 milyard dollara yaxın vəsait yatırılıb.

Ancaq bu qədər böyük xərcləmələrin fonunda heç bir müsbət nəticə əldə edilməyib. Çünki ölkənin daxili enerji tələbatı hələ də ödənməyib.

Elektrik verilişindən məhrum qalan massivlər var. Həmin investisiyalar səmərəli istifadə olunmur. Əvəzində isə bu sahədəa korrupsiyanın miqyası genişlənib.

Məsələn, deputat Çingiz Qənizadə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə qarşı bir sıra ağır ittihamlar səsləndirib.

Deputat Priverdiyevi ona yaxın olan AZENCO şirkəti ilə müqavilələr bağladığını, dövlət vəsaitlərini taladığını deyib. Onu da qeyd edək ki, “Azərişıq” ASC-yə Baba Rzayevin sədr gətirilməsi də təsadüfü sayıla bilməz.

Bunu bir səbəbi onun ölkə rəhbərliyinə yaxın şəxs olmasıdırsa, digər səbəbi də işgüzarlığı ilə fərqlənməsidir.

Baba Rzayev “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinə sədr təyin olunduqdan sonra paytaxt və ətraf ərazilərdə enerji ilə bağlı bütün problemləri qısa müddət ərzində həll etməyi bacardı.

Şərhlər

XƏBƏR LENTİ