Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI
Xəbər verdiyimiz kimi, ötən gün baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov yaşları ilə əlaqədar olaraq vəzifələrindən istefa veriblər.
İstefa ərizələrini Prezident İlham Əliyevə təqdim edən zaman ölkə başçısı bildirib ki, sizin bu addımınız ümid edirəm iqtidar komandasında təmsil olunan digər yoldaşlara yaxşı bir örnək olacaq.
Əksər ekspertər Prezidentin bu açıqlamasından sonra pensiya yaşına çatan digər məmurların da istefa verəcəyini bildirirlər.
Hazırda mərkəzi icra hakimiyyəti orqanlarına - nazirliklərə rəhbərlik edənlər arasında pensiya yaşına çatan yalnız bir nəfər (Səhiyyə naziri Oktay Şirəliyev, 69 yaş) olduğu halda, yerli icra hakimiyyəti orqanların rəhbərləri arasında penisya yaşını ötənlərin sayı çoxdur.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 64 il 6 ay, qadınlar üçün 61 il 6 aydır.
Məsələnin aktuallığnı nəzərə alaraq penisya yaşına çatan şəhər və rayon icra hakimiyyəti başçılarını təqdim edirlər:
1. Şəmsəddin Xanbabayev - Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı - 80 yaş
2. Mübariz Əhmədzadə - Zaqatala rayon İcra Hakimiyyətinin başçısı - 72 yaş
3. Alı Qocayev - Samux rayon İcra Hakimiyyətinin başçısı - 72 yaş
4. Məmməd Məmmədov - Tovuz rayon İcra Hakimiyyətinin başçısı - 70 yaş
5. Bayram Səfərov - Şuşa rayon İcra Hakimiyyətinin başçısı - 69 yaş
6. Adil Məmmədov - Qobustan rayon İcra Hakimiyyətinin başçısı - 67 yaş
7. Malik İsaqov - Qubadlı rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş
8. Rafil Hüseynov - Masallı rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş
9. Nizaməddin Quliyev - Ağstafa rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş
10. Novruz Novruzov - Siyəzən rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur