SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Biznesmen məktəb direktoru

Biznesmen məktəb direktoru

Tarix:

17-10-2019, 14:42

/ 767 dəfə oxundu.
Biznesmen məktəb direktoru

Bu yaxınlarda aktualxeber.az saytında ”Məktəb direktorunun “moyka biznesi”” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə qeyd etmişdik ki, məktəbdə müəllimlər günü münasibətilə kütləvi şəkildə pullar yığılıb. Buna fond pulu və direktorun digər maxinasiyalarını da əlavə etsək Yəhya Abbasovun aylıq qazancınının böyük bir rəqəm olduğunun şahidi olarıq. Bu barədə növbəti yazımızda söhbət açacağımızı vəd etmişdik. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Binəqədi rayonunda yerləşən 244 saylı orta məktəbdə təhsilin səviyyəsi olduqca aşağıdır. Bu barədə əməkdaşımızı bilgiləndirən mənbənin sözlərinə istinad etsək, direktor Yəhya Abbasov ona tapşırılan işlərin öhdəsindən lazımi səviyyədə gələ bilmir, üstəlik nazirlikdə rəhbər vəzifə tutan şəxslərdən bir neçəsinin arxasınca danışır.
Mənbəmizin dediklərindən:“Əvvəlcə onu bildirim ki, adıçəkilən təhsil ocağı bir neçə il öncə əsaslı şəkildə təmir olunaraq müəllimlərin və şagirdlərin istifadəsinə verilib. Məktəbdə şagirdlərin təhsil ala bilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Buna baxmayaraq, məktəb rəhbərinin həyata keçirdiyi qanundankənar işlər təhsil müəssisəsinin irəli getməsinə maneçilik törədir. 244 saylı orta məktəbdə təhsilin keyfiyyəti istənilən səviyyədə deyil, daha doğrusu, günün tələblərinə cavab vermir. Müəllimlərin və şagirdlərin tədris prosesinə göstərdikləri münasibət fərqlidir. Yəni yuxarı sinif şagirdlərinin yetərli hissəsi dərsə davamiyyətli şəkildə gəlmir. Çünki onların əksəriyyəti ali məktəblərə repititor yanında hazırlaşırlar. Bu səbəbdən məktəbə həftədə bir, yaxud iki dəfə gəlirlər. Belə olan halda yuxarı sinif şagirdləri arasında dərsə davamiyyətin göstəricisi aşağı düşür. Qəribədir ki, direktor Y.Abbasov vəziyyətin düzəlməsindən ötrü heç bir tədbir görmür. Əksinə məktəb rəhbəri yuxarı sinif şagirdlərinin dərsdən yayınmasına özünəməxsus formada şərait yaradır. Dərsə gəlmək istəməyən 10 və 11-ci sinif şagirdləri sinif rəhbərlərinin vasitəsilə direktora “şirinlik” verib istəklərini həyata keçirirlər. Digər tərəfdən, məktəb rəhbəri dərs saatlarını müəllimlər arasında düzgün bölüşdürmür. Y.Abbasovla yaxın münasibətlərə malik olan müəllimlərin dərs saatı sarıdan problemi yoxdur, lakin direktorun özbaşına əməllərinə susa bilməyən bəzi müəllimlər haqsızlıqla üzləşirlər. Təcrübəli müəllimlərin dərs saatı azdır. Yəhya müəllim haqqını tələb edən müəllimləri incidir. Bildiyiniz kimi, şagirdlərin bilik və bacarıqlarının daha da artırılması məqsədilə orta təhsil ocaqlarında fakultativ dərslər təşkil olunur. Bu məqsədlə dövlət büdcəsindən Təhsil Nazirliyinə böyük miqdarda vəsait ayrılır. 244 saylı orta məktəbdə isə fakultativ dərslər düzgün qaydada təşkil edilmir. Belə ki, direktor həmin dərsləri ya öz, ya da bəzi müəllimlərin adına yazaraq həmin vəsaitləri özünə götürür. Fakultativ dərslər sadəcə formal xarakter daşıyır”.
Verilən məlumata əsasən 244 saylı orta məktəbdə bayram tədbirləri və müəllimlər günü də “yüksək” səviyyədə təşkil olunur: “Demək olar ki, bütün bayramlarda şagirdlərdən yığımlar olur. Sinif rəhbərləri bu tədbirlərin direktorun göstərişi əsasında həyata keçirildiyini deyirlər. Halbuki, Təhsil naziri Ceyhun Bayramov bütün məktəb rəhbərlərinə şagirdlərdən hansısa adlar atında pul yığmamalarını tapşırıb. Yəhya Abbasov isə nazirin tapşırıqlarına əhəmiyyət vermir”. Qaynağımız bildirir ki, direktor imza atdığı bir sıra xoşagəlməz əməllərin sayəsində maddi imkanlarını xeyli yaxşılaşdırıb: “Deyilənə görə, onun Binəqədi rayonu ərazisində, konkret olaraq 244 saylı orta məktəbin həndəvərində bir neçə ticarət obyekti və avtoyuma məntəqəsi var. O, məktəbin ərazisini qanunsuz şəkildə zəbt edərək özünə avtoyuma məntəqəsi tikdirib”. Qeyd edək ki, direktorun biznes fəaliyyəti ilə bağlı əldə etdiyimiz məlumatlarla bağlı artıq araşdırmalara başlamışıq. Ötən məqaləmizdə onun “moyka biznesi”ndən söhbət açmışdıq.Növbəti saylarımızda bu barədə ətraflı məlumat verəcəyik. İnanırıq ki, Təhsil Nazirliyinin rəsmiləri 244saylı orta məktəbdə yaşanan problemlərə tezliklə reaksiya verib direktorun barəsində ölçü götürəcəklər. Qarşı tərəfi də dinləməyə hazırıq.

aktualxeber.az



Şərhlər

XƏBƏR LENTİ