SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Asif Əsgərov və Kərəm Həsənov xalqa foks göstərir

Asif Əsgərov və Kərəm Həsənov xalqa foks göstərir

Tarix:

7-10-2019, 23:41

/ 2 484 dəfə oxundu.
Asif Əsgərov və Kərəm Həsənov xalqa foks göstərir

Asif Əsgərov və Kərəm Həsənov xalqa foks göstərir
Son illər ölkədə quruculuq-abadlıq çərçivəsində aparılan söküntü işləri zamanı ciddi problemlərin ortaya çıxması adi hala çevrilməkdərir. Əslində bu süni problemlərin başında icra başçılarının dayandığını desək qətiyyən yanılmarıq. İcra başçıları daha çox pul qazanmaq üçün vətəndaşlara aid mənzillərin ölçülərini ya az göstərir, ya da mülk sahiblərinə az kompensasiya ödəməklə ciddi problemlərə yol açırlar.
Bəzən isə... Bəli, bəzən isə vətəndaşa məxsus mülk onun xəbəri olmadan darmadağın edilir, heç bir kompensasiya da ödənilmir.
Təsəvvür edirsinizmi bu nə deməkdir? İnsanın evini sökmək və bir manat da pul ödəməmək nə qədər insanlığa, qanunlara sıgır?
Belə bir hadisə Nəsimi rayonu Yusifbəy Nəsibəyli küçəsi 25/27 saylı ünvanda baş verib. İsgəndərov Qafar Bədəlxan oğlu xarici ölkədən Azərbaycana qayıdıb və yaşadığı ünvanda evinin söküldüyünü görüb. Aidiyyatı qurumlara müraciət etsə də heç bir qanuni cavab ala bilməyib. 2 ildir məhkəmələrdə qalan Qafar İsgəndərova nə kompensasiya ödəyən var nə də konkret söz deyən.
Videodan da göründüyü kimi vətəndaş iddia edir ki, 2 mərtəbəli mülkü 2017-ci ilin may ayında "Reqal” MTK adlı tikinti şirkəti tərəfindən Nəsimi rayon icra başçısı Asif Əsgərovun razılığı ilə sökülüb.
Bütün rəsmi sənədləri, torpaq üçün ödədiyi qəbzləri və hətta çıxarışı olsa belə onun halal haqqı ödənmir.
Nəsimi icra başçısı Asif Əsgərov "burda mənəm Bağdadda kor xəlifə” deyib vətəndaşı heç qəbul da etmir.
Məhkəmələr vətəndaşın sözügedən ünvanda mülkünün varlığını qanuni sənədlərlə subuta yetirsə də, Asif Əsgərovun qoçuları "burda heç sənin evin olmayıb” kimi arqumentlət gətirməkdən belə çəkinmir. Əcəba adamlar nə qədər qanunları ayaq altına tapdalayıb bunu deyə bilər?
Qanuni sənədləri olan mlkun qanunsuz olaraq sökülməsi və vətədaşa 1 milyon ziyan vuran Asif Əsgərov görəsən bu pulu alıbmı? Alıbsa əcəba kiminlə bölüşdürüb? Əmlak Məsələləri Döslət Komitəsinin rəhbəri Kərəm Həsənovlamı? Axı söhbət 3-5 min manatdan deyil, 1 milyondan gedir.
Kupçası olan mənzilin sökülməsinə göz yuman, verdiyi kupçanı qanuniliyini müdafiə edə bilməyən Kərəm Həsənov nədən susur? Vətəndaşın sorğularına nədən çavab vermir?
Ümumiyyətlə, Kərəm Həsənov bu kimi qanunsuz işləri görməkdən qətiyyən qorxmur. Çünki illərin təcrübəsi onu belə işlər görməyə alışdırıb. Bu işlər Kərəm Həsənov üçün ilk deyil. 10 milyonluq zavodları 1 dəqiqənin içində çobanların adına özəlləşdirən Kərəm Həsənov üçün 1 milyonluq mülkün üstündən su içmək nədir ki...
Heç Nəsimi icra başçısı Asif Əsəgorov da yoldaş Həsənovdan geri qalmır. Nəsimi rayonunda yüzlərlə belə mülk göstərmək olar ki, sökülüb və sahibinə 1 manat da ödənməyib...
Amma Asif Əsgərovla Kərəm Həsənov 1 milyonluq mülkün pulunu mənimsəyərkən bir faktı unudublar.
İsgəndərov Qafar Bədəlxan oğlu videogörüntüdə deyir ki, sənədlərini hazırlayıb Avropa Məhkəməsinə üz tutur. Bax burda Kərəmi də Asifi də ağlamaq tutmalıdır. Əcəba, 1 milyonluq əmlak sahibini Avropa Məhkəməsinə qədər aparan bu məmurlar əməlləri ilə dövlətimizə nə boyda ziyan vurduqlarının fərqindədirlərmi? Vətəndaşı Avropa Məhkəməsinə getməyə vadar edən bu məmurlarla müxalifətdən olan narazıların Avropa Məhkəməsinə üz tutması arasında nə fərq var? Asif Əsgərovla, Kərəm Həsənovla AXCP sədri Əli Kərimlinin nə fərqi var? Hər 3-ü vətəndaşın Avropa Məhkəməsinə üz tutması üçün şərait yaradır.
Unudublar ki, Avropa Məhkəməsində qısa müddətdə və vətəndaşın xeyrinə qərar çıxarılacaq və Azərbaycan hökümətindən icra etmələrini tələb edəcəklər.Avropa Məhkəməsi 1 milyonu Asif Əsgərovdan, Kərəm Həsənovdan deyil, Azərbaycan dövlətindən istəyəcək. Budurmu Asif Əsgərovla Kərəm Həsənovun Azərbaycana etdikləri xidmət?

Şərhlər

XƏBƏR LENTİ