SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda keçmiş polis rəisi müstəntiq vəzifəsinə təyin edilib

Bakıda keçmiş polis rəisi müstəntiq vəzifəsinə təyin edilib

Tarix:

3-10-2019, 16:13

/ 763 dəfə oxundu.
Bakıda keçmiş polis rəisi müstəntiq vəzifəsinə təyin edilib

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Etibar Balakişiyev Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, E.Balakişiyev Gəncə Şəhər Baş Polis İdarəsinin və Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin keçmiş rəisi, mərhum polis general-mayoru Rasim Musayevin qohumudur.

Şərhlər

XƏBƏR LENTİ