SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Bu, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır..." - Mehriban Əliyeva

"Bu, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır..." - Mehriban Əliyeva

Tarix:

16-09-2019, 00:20

/ 886 dəfə oxundu.
"Bu, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır..." - Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şagird və tələbələri 15 sentyabr – Bilik Günü münasibəti ilə təbrik edib.

Təbrik mətni birinci xanımın rəsmi "İnstagram" səhifəsində paylaşılıb:

"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!".

Şərhlər

XƏBƏR LENTİ