SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakının ƏN KRİMİNAL RAYONU AÇIQLANDI

Bakının ƏN KRİMİNAL RAYONU AÇIQLANDI

Tarix:

6-09-2019, 23:05

/ 1 275 dəfə oxundu.
Bakının ƏN KRİMİNAL RAYONU AÇIQLANDI

Binəqədi Bakının ən kriminal rayonu sayıla bilər.

Bu rayon paytaxtın hüquq-mühafizə orqanları və bir neçə statistik qrup tərəfindən hazırlanan sorğu nəticəsində kriminogen reytinqə başçılıq edib.

Binəqədi Rayon Polis İdarəsindən əsas səbəb kimi rayon ərazisində evlərin gündəlik kirayə verilməsinin artmasını (bir günə 2-3 manat) göstəriblər. Bu regionlardan gələn aztəminatlı ailələri cəlb edir. Təhlillər göstərir ki, məişət cinayətlərinin əksəriyyəti qeydiyyat üzrə yaşayan sakinlər tərəfindən törədilir.

Əgər 10 il əvvəl paytaxtın ən kriminal rayonları mərkəzi rayonlar – Yasamal, Nəsimi, Nərimanov sayılırdısa, bu gün Binəqədi, Suraxanı və Sabunçu rayonları onları qabaqlayıb.

Yasamal rayonunda köhnə evlərin sökülməsindən sonra cinayətlərin sayı kəskin azalıb.

Statistik məlumatlar göstərir ki, Azərbaycanda dələduzluq və oğurluq cinayətlərinin sayı artıb. Axtarışda olan hər üçüncü Azərbaycan vətəndaşı dələduzluqda ittiham olunur.

Azərbaycan DİN-nin statistik məlumatlarına əsasən, 2019-cu ilin ilk yarısında törədilən cinayətlərin yarısı (44,3% - 5496 fakt) Bakının payına düşür. Onlardan 12,6%-i ağır və xüsusi ağır cinayətlərdir.

Qeyd edək ki, Bakıda gün ərzində 35-45 oğurluq hadisəsi qeydə alınır. Ötən gün ərzində təkcə Binəqədi rayonu üzrə 8, Nəsimi – 7, Qaradağ, Nərimanov, Suraxanı – 5 oğurluq faktı qeydə alınıb.

Ümumilikdə paytaxtın ən sakit rayonları sırasına Qaradağ, Səbail və Pirallahı rayonlarını aid etmək olar.

Şərhlər

XƏBƏR LENTİ