SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu rayonların Məşğulluq Mərkəzləri birləşdirildi - Nazirdən əmr

Bu rayonların Məşğulluq Mərkəzləri birləşdirildi - Nazirdən əmr

Tarix:

9-06-2020, 18:47

/ 1 195 dəfə oxundu.
Bu rayonların Məşğulluq Mərkəzləri birləşdirildi - Nazirdən əmr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Xidmətində struktur islahatları aparılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Bakı şəhəri rayonlar üzrə Məşğulluq Mərkzələri ləğv olunaraq 5 ərazi üzrə yeni qurum yaradılıb.

Belə ki, 1 saylı Ərazi Məşğulluq Mərkəzində Yasamal-Səbail-Qaradağ rayonları, 2 saylı Ərazi Məşğulluq Mərkəzində Pirallahı-Xəzər rayonları, 3 saylı Ərazi Məşğulluq Mərkəzində Sabunçu-Suraxanı-Nizami rayonları, 4 saylı Ərazi Məşğulluq Mərkəzində Binəqədi-Şuşa-Nərimanov rayonları, 5 saylı Ərazi Məşğulluq Mərkəzində isə Xətai-Nəsimi-Zəngilan rayonları birləşib.

Şərhlər

XƏBƏR LENTİ