SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Qaçqınkom", "Azərsu", ASC, icra başçıları ilə "işləyən" şirkət rəhbəri haqda sensasion sənədlər yayıldı - SİYAHI

"Qaçqınkom", "Azərsu", ASC, icra başçıları ilə "işləyən" şirkət rəhbəri haqda sensasion sənədlər yayıldı - SİYAHI

Tarix:

26-08-2019, 14:43

/ 1 084 dəfə oxundu.
"Qaçqınkom", "Azərsu", ASC, icra başçıları ilə "işləyən" şirkət rəhbəri haqda sensasion sənədlər yayıldı - SİYAHI

İki il əvvəl alman mətbuatı Almaniyanın Frankfurt şəhərində, Stendhal səmtində türk işadamı Muharrem Erdoğduya aid RAKS AG türk şirkətinin 2012-ci ildə 554 mənzildən ibarət bir binanı satın aldığını, bir müddət sonra 150 min avro elektrik borcu üzündən əmlaka əl qoyularaq hərraca çıxarıldığı barədə məlumat yayıb.

Mia.az xəbər verir ki, bu, jurnalist Cavanşir Həsənlinin sosial şəbəkədki səhifəsində yazdığı materialda bildirilib.

O, vurğulayıb ki, məsələnin maraqlı tərəfi bu deyil:

"Yazılanladdan məlum olub ki, şirkət binanı NASİR MUSTAFAZADƏ adlı Azərbaycan vətəndaşından satın alıb. Yəni 554 mənzilin əvvəlki sahibi bu şəxs olub. Mənzillərin ümumi sahəsi 31 min 670 kvadrat metrdir. O da məlum olub ki, əmlakçılar tərəfindən 22 milyon 800 min avro dəyərində qiymətləndirilən mənzillər satılarkən 75 min avro elektrik borcu olub.

Satışla bağlı notarial sənədlərdən aydın olduğu kimi Nasir Mustafazadə binanın satılması ilə bağlı Frankfurtda fəaliyyət göstərən türk vəkil Nihad Çelikə satışla bağlı etibarnamə verib.

Binanın texniki pasportuna görə, cənab Mustafazadə binanı 2010-cu il iyununda alıb. Əmlakın 75 faizi onun, 25 faizi isə 72 yaşlı şəriki Sadik Tekin Evrenin adına rəsmiləşdirib. Bundan bir il sonra Evren dünyasını dəyişir və Mustafazadə 554 mənzilin tək sahibi olur.

Kimdir Nasir Nadir oğlu Mustafazadə?

O, 2000-ci ildən "Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Əvvəllər "Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb.

Azəri Servis LTD-nin əsas sifarişçiləri "Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, "Azərsu" ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir.



Şərhlər

XƏBƏR LENTİ