SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu gün “Elçibəy marafonu” keçiriləcək

Bu gün “Elçibəy marafonu” keçiriləcək

Tarix:

21-06-2019, 10:09

/ 708 dəfə oxundu.
Bu gün “Elçibəy marafonu” keçiriləcək

Əvəz Zeynallı: “Elçibəyin o qədər böyük irsi var ki, bir kitaba sığmaz”
İyunun 21-də (bu gün) Müsavat Partiyasının qərargahında Azərbaycanın 2-ci prezidenti olmuş Əbülfəz Elçibəyin fəaliyyətini əks etdirən kitabların nəşri üçün marafon keçiriləcək. Tədbir saat 11:00-da başlayıb, 17:00-a qədər davam edəcək.

“Elçibəy marafonu”nun əsas təşkilatçılarından olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a kitab barədə ətraflı məlumat verdi: “Kitabı Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı tərtib etmişdik. Bildiyiniz kimi, ötən il 80 yaşı tamam olmuşdu. Kitabın tərtibçiləri Ədalət Tahirzadə, Oqtay Qasımov və mənəm. Kitabda Əbülfəz Elçibəyin ötən əsrin 60-cı illərinin sonlarından yazdığı elmi, ideoloji məqalələr, prezident olduğu və prezidentlikdən sonrakı dönəmdə onun önəm verdiyi müsahibələr, yazılar əks olunub. Nəhəng bir ədəbiyyat tərtib etdik. Araşdırmalar apardıqca bir daha şahidi olduq ki, Əbülfəz Elçibəyin o qədər böyük bir irsi var, bir kitaba sığmaz. Qərara gəldik ki, Əbülfəz bəyin fəaliyyəti, xüsusilə, prezident olduğu dövrdəki fəaliyyəti ilə bağlı çox cildlik kitab hazırlayaq. Bunun üçün kitabxanalarda, arxivlərdə işləməyə başladıq. Gördük ki, həqiqətən bu 2-3 cildlik kitaba sığan fəaliyyət deyil. İkinci cild hazırdır və təsəvvür edin ki, bu, Elçibəyin prezident olduğu ilk ayı belə tam əhatə etmir. Cəmiyyətdə unutmalar var. Əbülfəz bəyin vaxtını işlənməyən, fəaliyyət göstərilməyən zaman kəsiyi kimi dəyərləndiriblər. Amma o dövrün çox önəmli hadisələri var. İdeya buradan yarandı. İkinci cild hazır olsa da, maliyyə vəsaitimiz çapı üçün yetişmir. Bunun üçün də qərara gəldik ki, ötən ildə çap olunan birinci cilddən qalan təxminən 500 kitabla bağlı ”Elçibəy marafonu" təşkil edək. Bəyin 81 illiyini keçirək, həm də marafonda kitab maya dəyərinə, yəni 10 manata satılsın. Bunun üçün də Müsavat Partiyasının qərargahında belə bir marafon keçirməyi planlaşdırdıq. Saat 11:00-dan 17:00-a qədər marafon olacaq. Oradan toplanan vəsaitlə ikinci cildi çıxaracağıq. Birinci cilddən qalan kitabları sata bilməsək, ikinci cild üçün vəsaitimiz yoxdur. Kitabda kiminsə fikirləri yer almır. Əbülfəz bəyin vacib sayılan yazılarını, müsahibələrini, fikirlərini kitaba daxil etmişik. Başqa kimsənin yazısı kitabda yer almır. Kitab Əbülfəz bəyin özüdür".

Elçibəy marafonu ile ilgili görsel sonucu

Ə.Zeynallı tədbirə ictimai marağın yüksək olduğunu söylədi: “Tədbiri ictimailəşdirmişik. Maraq həddindən artıq yüksəkdir. Mətbuat orqanları, xüsusilə sizin qəzet ciddi şəkildə dəstək verir. Bunun üçün təşəkkür edirəm. Qalan 500-ə yaxın kitabla bağlı gələn reaksiyalar əsasında deyə bilərəm ki, kitablar artıq satılıb. Sadəcə, marafonda hər kəs gəlib kitabını götürəcək. Bu tədbir həm də Əbülfəz bəyə olan münasibəti bir daha test etmək üçündür. Xoş münasibəti hər an görürük. Hər kəs üzərinə düşən işləri görür. Onu da deyim ki, elə adamlar da var ki, görməzlikdən gəlirlər. Halbuki bu istiqamətdə iş görmək onların borcudur. Kitabların satılmasında böyük fədakarlıq göstərən insanlar oldu. Kim istəsə, tədbirə gələ bilər. Amma xüsusi olaraq dəvət etdiyimiz insanlar var. Tədbirimiz xüsusilə gənclər, tələbələr üçün çox önəmlidir”.

Şərhlər

XƏBƏR LENTİ