Sərdar Cəlaloğlu: "Elçibəyin əleyhinə olanlar da, lehinə olanlar da səmimi deyillər"
"Bu gün Elçibəyin əleyhinə olanlar da, lehinə olanlar da səmimi deyillər"."Xalqxeber.az" xəbər verir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mərhum eks-prezident Əbülfəz Elçibəyin anım günü barədə danışarkən deyib.
Partiya sədri fikirlərini bu cür izah edib:
"Lehinə olanlar ona görə səmimi deyillər ki, onlar Elçibəyin adından öz məqsədləri naminə istifadə edirlər. Cəmiyyətdə tərəfdarı kimi təqdim edirdilər. Əleyhinə olanlar isə ona görə səmimi deyillər ki, onların tənqidinin heç bir əsası yoxdur. Elçibəy haqqında səsləndirilən tənqidlərin heç birinə haqq qazandırmaq olmur. Elçibəy Azərbaycan milli istiqlal hərəkatının rəhbəri olub. Səhvləri ilə, düzləri ilə Azərbaycanın ən yeni tarixinə düşən şəxsiyyətdir. Elçibəyin elə maraqlı şəxsiyyəti var ki, onun lehinə olanlar da, əleyhinə olanlar da səmimi deyillər".
S.Cəlaloğlu qeyd edib ki, keçmiş prezidentin anım günü dövlət səviyyəsində qeyd olunmalıdır:
"Elçibəy dövlət səviyyəsində anılmalıdır, özfəaliyyət yetərli deyil. Azərbaycan dövlətçiliyində xidmətləri olan hər kəs dəyərləndirilməlidir".
Qeyd edək ki, bu gün Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin vəfatından 21 il ötür. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?