Cəlilabadda fironluq edən İlqar Həsənov kimdir? ŞİKAYƏT
Cəlilabad rayonu Göytəpə qəsəbəsinin sakinləri yerli məmurlardan şikayətçidirlər.
Facebookda böyük auditoriyaya malik olan "Cəlilabadımız" səhifəsində sakinlərin şikayət videosu paylaşılıb. Onlarla qəsəbə sakini mal-heyvanlarının otlaq sahəsinin əllərindən alındığını deyirlər. Bildirirlər ki, İlqar Həsənov (?) otlaq sahələrini əllərindən alır, özü də deyir ki, bu, yuxarıların tapşırığıdır. "Bizdən alır başqa rayonun adamlarına satır"-deyə sakinlər bildirirlər: "Biz prezidentimizdən və onun xanımı, 1-ci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirik, bizə kömək etsinlər. Biz bu kiçik təsərrüfatla dolanışığımızı qurmağa çalışırıq. Bələdiyyə deyir ki, guya prezident qərar verib ki, mal-heyvanı ancaq bağlı şəraitdə, tövlədə saxlamalıyıq. Qoyunu, malı bağlı şəraitdə saxlamağımız, ondan xeyir görməyimiz qeyri-mümkündür. Bizim cəmi 7 hektar otlaq sahəmiz var, indi onun 1 hektarını satıblar, fərdi mənzil tikmək üçün Yardımlının, Lerikin adamlarına. İcra başçısına müraciət edirik nəticəsi yoxdur. İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya müraciətlər ünvanlamışıq ki, bizim örüşümüzü özümüzə qaytarın".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...