"Ziya Məmmədovla bağlı məndən heç nə soruşmayın" - Qardaşı
Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra işsiz qalan sabiq nəqliyyat naziri Ziya Məmmədov Novruz bayramını ailəsi ilə birlikdə doğulub, boya-başa çatdığı Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən ata yurdunda qeyd edib.
Bu barədə eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov məlumat verib. O bildirib ki, Ziya Məmmədov rayonda olduğu üçün biz də onun başına toplaşaraq Novruz bayramını birlikdə qeyd etdik.
E.Məmmədov deyib ki, hazırda eks-nazir özünü yaxşı hiss edir: "Ziya müəllim özünü yaxşı hiss edir və səhətinə heç bir problem yoxdur. Hər şey əladır. Bayramı ailələrimizlə, kənd camaatı ilə birlikdə qeyd etdik. Hər şey gözəldir, əladır”.
Eks deputat qardaşı nazir vəzifəsindən çıxarıldıqdan sonra YAP-dan da xaric olunması ilə bağlı dedi-qodularda münasibət bildirib: "Bu cür məlumatlar yalandır. Deyilənlər doğru deyil”.
E.Məmmədov mətbuata da müraciət edib: "Qardaşım Ziya Məmmədovla bağlı məndən heç kim heç nə soruşmasın. Hər kəsin öz həyat tərzi var. Kimin mənimlə bağlı sualı varsa buyurub bunu deyə və yaxud soruşa bilər. Kimsə kimisə yerinə cavabdeh deyil. Həmdə Ziya müəllim kiminsə onun haqqında danışmasını da xoşlamır. Bu həm də etik baxımından düzgün deyil”.
unikal.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...