“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA
Həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişən müharibə əlili olan Qabil Zeynalovun oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Tribuna.az xəbər verir ki, şikayətçi Zeynalov Mabəddinin iddiasına görə atasının ölümünə Mərkəzi Klinikanın həkimi Firdovsi İbrahimov səbəb olub.
Şikayətçi bildirib ki, həkim özü xəstəsinin müayinəsindən imtina etdiyi üçün xəstə dünyasını dəyişib:
”Mərkəzi Klinika MMC-nin həkim-kardioloqu Firdovsi İbrahimovun 26 aprel 2025-ci il tarixində (həftənin şənbə günü) özünün birbaşa təyin etdiyi kontrol müayinədən əsassız imtina etməsi nəticəsində, 2-ci qrup müharibə əlili olan atam Zeynalov Qabil Mabəddin oğlu səhəri gün — 27 aprel 2025-ci il tarixində ürək çatışmazlığı diaqnozu ilə vəfat etmişdir.
Bu faktla bağlı Bakı şəhəri Səbail Rayon Prokurorluğunun qəbul etdiyi 15 avqust 2025-ci il tarixli, № 174-C-25 saylı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qanunsuz və əsassız qərarından 28 fevral 2026-cı il tarixində Baş Prokurorun birinci müavini cənab Elçin Məmmədovun adına 13 vərəqlik geniş, faktlarla əsaslandırılmış şikayət ərizəsi ilə rəsmi müraciət etmişdim.
Həmin şikayətimdən sonra iş yenidən araşdırmaya verilmişdir.
Cənab Prezident, dövlətimizin müharibə əlillərinə göstərdiyi yüksək diqqət hər kəsə məlumdur. Bir müharibə əlilinin qanının bir həkimin səhlənkarlığı ucbatından belə asanlıqla batırılmaması, məsələnin obyektiv araşdırılması və bu işin üstünün tam açılmasından ötrü bu işi şəxsən nəzarətə götürməyinizi Sizdən müharibə əlilinin oğlu kimi xahiş edirəm.
Ədalətin bərqərar olacağına inanıram”.(Tribuna.az)
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...