Dilqəm: “Mənə 30-dan çox iynə vurdular”
Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə növbəti dəfə məktub göndərib
Bu barədə girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
Onun sözlərinə görə, Dilqəm Əsgərovun səhhətində ciddi problemlər var.
“Atam və Şahbazla görüş keçirilib. Məktubda atam vəziyyətinin ağır olduğunu, səhhətində ciddi problemlərin olduğunu yazıb. Məktubda qeyd edib ki, ona 10 gün ərzində 30-dan çox iynə vurublar. Atam Beynəlxalq Qızıl Xaç Komitəsinin həkimlərindən hələ bir xəbər almadığını yazıb. Sonda isə “kəlbəcərlilərin bayramını təbrik edirəm”- deyə qeyd edib. Atam, həmçinin onu ataran və axtaramayan, tanıyan və tanımayan hər kəsə salam göndərib”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar.
“Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub