Xalq artisti ailəsini məhv edib, azadlığa çıxan məmur oğlundan danışdı: "Gərək buraxmayaydılar"
"Gərək buraxmayaydılar, əgər buraxıblarsa, mən daha nə deyə bilərəm?"
Bu sözləri açıqlamasında xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayev əfvə düşən Xalid Mədətov haqda deyib. O qeyd edib ki, əfv xəbərini bu gün mediadan oxuyub: "Mən də bu xəbəri mətbuatdan oxudum. Bu barədə artıq danışmaq istəmirəm. Çox yorulmuşam, əgər buraxıblarsa, mən daha nə deyə bilərəm?"
Qeyd edək ki, X.Mədətov 3 il əvvəl sərxoş vəziyyətdə "Gelandevagen" markalı avtomobili ilə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü. Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasının 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb. Bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.
Məsələylə bağlı tanınmış vəkil Adəm Məmmədovun fikrini öyrəndik. Vəkil deyib ki, əfv sərəncamı birbaşa Prezidentin səlahiyyəti daxilində olan məsələdir və müzakirə predmeti olmamalıdır: "Əlbəttə, əfv etmək prezidentimizin müstəsna hüququdur"
Vəkil həmçinin bu məsələdə xalq artistinin ailəsinin də rolu ola biləcəyini deyib: "Ola bilər ki, zərərçəkmiş tərəf şikayətini geri götürüb və buna görə belə addım atılıb"
azxeber

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır