Bakı Forumunu işıqlandıran AzTV jurnalistləri təşkilatçı tərəfindən aşağılandı — QALMAQAL
Bu gün Bakıda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə tədbirin təşkilatçılarından olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin direktoru Rövşən Muradov ilə bir sıra jurnalistlər arasında qarşıdurma yaşanıb.
Məlumata görə, qarşıdurmanın yaranmasına səbəb Rövşən Muradovun jurnalistləri təhqir etməsi və Forumun işini işıqlandıran KİV nümayəndələrinin işinə kobud müdaxiləsi olub.
Təşkilatçının jurnalistləri təhqir etməsi nəticəsində AzTV və Lider TV-nin əməkdaşları tədbiri işıqlandırmaqdan imtina ediblər.
Rövşən Muradov jurnalisti təhqir edən zaman bir sıra media mənsubları da həmkarlarının müdafiəsinə qalxıblar və jurnalistlərin peşə fəaliyyətinə görə təhqir olunmasına etiraz ediblər. Ancaq qarşıdurmanı daha da alovlandıran Rövşən Muradov isə daha da irəli gedərək, mətbuata tədbiri qadağan etməyi təklif edib.
Sonda Diasporla İşüzrə Dövlət Komitəsinin əməkdaşları isə yaranan gərginliyi sakitləşdirməyi bacarıblar.
Ölkə.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır