Gömrükdə yeni qadağa: Maşınları geri qaytarmalısınız
Sərhəddi maşınla keçənlərə xəbərdarlıq edildi
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGT) ölkəyə şəxsi avtomobili ilə daxil olan xarici ölkə vətəndaşlarına xəbərdarlıq edib. DGT-nin saytında "Azərbaycan Respublikasının ərazisinə müvəqqəti qaydada nəqliyyat vasitəsi gətirən şəxslərin nəzərinə" elanı yerləşdirilib.
"Müvəqqəti qaydada gətirdiyiniz nəqliyyat vasitəsini müəyyən olunmuş müddət ərzində geri qaytarmalısınız. Nəqliyyat vasitəsini geri qaytarmadan ölkə ərazisini tərk etmək üçün onu Bakı şəhəri üzrə Avtonəqliyyat Baş Gömrük İdarəsində, Bakı şəhərindən kənarda isə öz seçiminiz əsasında istənilən ərazi gömrük orqanında gömrük nəzarəti altında yerləşdirməlisiniz." — deyə elanda bildirilir. DGK həmçinin xəbərdar edib ki, xarici ölkə vətəndaşı nəqliyyat vasitəsini geri qaytarmadan və ya gömrük nəzarəti altında yerləşdirmədən ölkə ərazisini tərk etmək istədikdə, sərhəddən buraxılmayacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır