“Sinif rəhbərim Elinayla rəfiqəlik etməyimə qadağa qoyurdu” - Elinanın rəfiqəsi
“Elina özünü atmamışdan öncə ən sonuncu danışdığı şəxs Cahad olub və ona Cahad özü zəng edib”.
Bunu News24.az-a açıqlamasında Elina Hacıyevanın rəfiqəsi Zülfiyyə Şirinova deyib. O bildirib ki, Elina ölümündən bir neçə gün əvvəl onunla söhbət edib: “Elina mənə dedi ki, özümü öldürmək istəyirəm. Hətta özünü atmaq istədiyini bildirdi. Elina mənə bildirdi ki, məktəbdə onu incitdikləri üçün özünü öldürmək istəyir. Elina özünü qonşu məktəbin şagirdi Cahad Əlizadənin onunla kobud davrandığı və məktəbdə onunla ələ saldıqları səbəbindən öldürüb”
Z.Şirinova bildirib ki, onun mərhum rəfiqəsi hamı kimi olmadığı üçün hamı onu ələ salırmış: “Elina hamıdan fərqli idi. Çox sakit və başı aşağı. Elə ona görə də, ələ salırdılar. Elə Cahadda onu ələ salırdı, gülürdü. Əvvəlki direktorun vaxtında belə vəziyyət yox idi. Məktəbdə hər şey çox yaxşı idi. Sevinc Abbasova gələndən sonra vəziyyət tamamilə dəyişdi. Hamı deyir ki, direktorun oğlu onun ələ salırmış, amma elə şey yox idi. Onun bu işlə heç bir əlaqəsi yoxdur”.
Zülfiyyə Şirinova onu da deyib ki, sinif rəhbəri ona Elinayla rəfiqəlik etməsinə qadağa qoyurdu: “Hətta sinif rəhbərim anama belə zəng edib demişdi ki, Zülfiyyəni Elinayla rəfiqəlik etməyə icazə verməyin”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO