SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Valideynlərin girov götürdüyü bağça müdirəsi son şans istədi - 19 nəfərin pulunu ödəmək istəyir

Valideynlərin girov götürdüyü bağça müdirəsi son şans istədi - 19 nəfərin pulunu ödəmək istəyir

Tarix:

2-04-2019, 11:55

/ 1 107 dəfə oxundu.
Valideynlərin girov götürdüyü bağça müdirəsi son şans istədi - 19 nəfərin pulunu ödəmək istəyir

Bağça müdiri, müdirin müavini növbəti dəfə hakim qarşısına çıxarılıb. Təqsirləndirilənlərdən üçüncüsü isə bağçanın işçisidir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində məlum olub ki, zərərçəkmiş 19 nəfərin ziyanı ödənməyib.

Bağçanın müdiri olmuş Tərlan Bağırova hakimdən sonuncu dəfə onlara şans verməsini istəyib. O bildirib ki, zərərin ödənilməsi istiqamətində iş görürlər: "Həm mənim ailəm, həm də Aləmzarın qardaşı zərəri ödəmək üçün çalışır. 19 nəfərin də pulunu verəcəyik. Bizə bir az da vaxt verməyinizi xahiş edirik".

Məhkəmə aprelin 15-də davam etdiriləcək.

Elan olunmuş ittiham üzrə hər üç şəxs özünü təqsirli bilib.

Xatırladaq ki, hazırlıq iclasında bağça direktoru, ev dustaqlığında olan Tərlan Bağırova barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə zalında qabdallanmışdı. Məhkəmə prosesində məlum olmuşdu ki, T.Bağırov pulları ödəmədiyi üçün valideynlərdən biri tərəfindən evində girov saxlanılıbmış.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Məlumata görə, T.Bağırova və müdir müavini A.Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.

T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.

Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib. Cinayət işində 19 zərərçəkmiş var.

Həbs edilən Aləmzar Əliyeva həbs edilməzdən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində işləyib.

Şərhlər

XƏBƏR LENTİ