SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Diqlas” ticarət mərkəzi bu iş adamına məxsus imiş

“Diqlas” ticarət mərkəzi bu iş adamına məxsus imiş

Tarix:

27-03-2019, 15:14

/ 1 490 dəfə oxundu.
“Diqlas” ticarət mərkəzi bu iş adamına məxsus imiş

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazidəki “Diqlas” Ticarət Mərkəzi yanıb.

Unikal.org sözügedən ticarət mərkəzinin əsil sahibinin kimliyini araşdırıb. Məlum olub ki, “Diqlas” ticarət mərkəzi iş adamı Araz Rəhimova məxsusdur. Sahibkar həmçinin yaxınlıqda yerləşən “Lotos” ticarət mərkəzinin də sahibidir.
“Diqlas” adı ilə Vergilər Nazirliyində iki qurum - "Diqlas Kvant" və "Diqlas 2" MMC-lər mövcuddur. Hər iki MMC-nin qeydiyyat ünvanı eynidir və hüquqi şəxsdir.

"DIQLAS 2" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 dekabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi iş adamı kimi tanınan Rəhimov Araz Nüsrət oğludur.

Şərhlər

XƏBƏR LENTİ