Arif Qasımovdan sahibkarlara çağrı-"Nə qədər ziyana düşdüyünüzü yazın"
"Yanan "Diqlas” Ticarət Mərkəzi ilə bağlı araşdırma aparılır. Tam səmimiyyətimlə deyirəm ki, sizin hüquqlarınız dövlət səviyyəsində qorunacaq”.
Bunu Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov yanan "Diqlas” ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlarla görüşündə deyib.
"Ortada ticarət mərkəzinin rəhbərliyi ilə müqavilələriniz olub, indi həmin şəxslərə deyə bilmərəm ki, bunlara filan qədər pul verin. Xahiş edirəm, gözləyin. Hər kəs nə qədər ziyana düşdüyünü yazsın. Əgər biz nəsə etməsək, onda deyərsiniz ki, dövlət etmədi” - icra başçısı qeyd edib.
Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...