SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputatların əmək haqları 5 000 manat oldu

Deputatların əmək haqları 5 000 manat oldu

Tarix:

6-03-2019, 16:04

/ 1 099 dəfə oxundu.
Deputatların əmək haqları 5 000 manat oldu

Azərbaycanda deputatlar yeni ildən əmək haqları ilə yanaşı, ezamiyyət xərclərini də almağa başlayıblar.

Unikal.org-a daxil olan məlumata görə, millət vəkillərimizin ezamiyyət xərcləri, aldıqları əmək haqlarının 100%-nə qədər yüksəlib.

Beləliklə, hazırda deputatlar orta hesabla 5 000 manatdan artıq maaş alırlar.

Milli məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Unikal.org-a yeni ildən deputatlara ezamiyyət xərclərinin verildiyini təsdiqləyib.

Bildirib ki, artım yalnız deputatların səfərləri və bəzi xərcləri üçün nəzərdə tutulub: “Misal üçün deputatlar rayonara, xarici səfərlərə tez-tez gedirlər. Bununla belə, xaricdən qonaqlarımız da gəlir. Əvvəllər bu məsələlərə görə deputatlara vəsait verilmirdi. Yeni ildən sözügedən məsələlərə görə, vəsait ayrılır”.

Şərhlər

XƏBƏR LENTİ