SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputat: İnternet-media sahəsindəki qanunvericiliyə yeni baxış olmalıdır

Deputat: İnternet-media sahəsindəki qanunvericiliyə yeni baxış olmalıdır

Tarix:

5-03-2019, 13:58

/ 1 115 dəfə oxundu.
Deputat: İnternet-media sahəsindəki qanunvericiliyə yeni baxış olmalıdır

Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində spesifik məsələlər də gündəmə gətirilib. Bu, ilk dəfədir.

xalqxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

“Jurnalist ordusuna qeyri-peşəkar, qeyri-etik cavablar da qeydə alınıb. Haqlı olaraq o da vurğulanıb ki, jurnalist peşəkar olmalı, vətəndaşların şəxsi həyatına müdaxilə etməməli, şərəf və ləyaqət prinsipinə hörmətlə yanaşmalı, işgüzar nüfuza xələl gətirməməlidir”, - deyən, millət vəkilinin sözlərinə görə, sənəddə bu tip halların daha çox internet mediada qeydə alındığı vurğulanıb:

“Bu, internet-media sahəsindəki qanunvericiliyə yeni baxışın vacibliyini önə çəkir”.

Şərhlər

XƏBƏR LENTİ