SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » BDU-nun dekanı rektor olmaq istəyir: Əmir Əliyev rektor olmaq üçün “kimləri görüb”?

BDU-nun dekanı rektor olmaq istəyir: Əmir Əliyev rektor olmaq üçün “kimləri görüb”?

Tarix:

31-01-2019, 09:34

/ 1 128 dəfə oxundu.
BDU-nun dekanı rektor olmaq istəyir: Əmir Əliyev rektor olmaq üçün “kimləri görüb”?

Böyük bir qalmaqal sonunda Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun postu uğrunda mübarizə başlayıb.

Rubrika.az saytına istinadən xəbər veririk ki, BDU-nun Hüquq fakultəsinin dekanı Əmir İbrahim oğlu Əliyev rektor seçilmək üçün bütün mumkun vasitələrdən istifadə edir.:

“Artıq indidən Əmir Əliyev artıq özünü sanki vəzifəyə təyin olunubmuş kimi aparır, yaxın çevrəsinə “bu gün-sabah fərman imzalanmalıdır” deyə ürək-dirək də verir. Ən maraqlı məqam ondan ibarətdir ki, əmrini gözləyən Əmir Əliyev “lazım olan adamları gördüyünü”, “ hər kəsin haqq-hesabının” çatdığını da tez-tez dilə gətirməkdən çəkinmir”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Rubrika.az

Şərhlər

XƏBƏR LENTİ