SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nərimanovda şəhidlər anıldı - FOTO

Nərimanovda şəhidlər anıldı - FOTO

Tarix:

21-01-2019, 12:58

/ 1 126 dəfə oxundu.
Nərimanovda şəhidlər anıldı - FOTO

Nərimanov rayonunda 20 Yanvar faciəsinin iyirmi doqquzuncu il dönümü ilə əlaqədar rayon tədbiri keçirilib.

xalqxeber.az xəbər verir ki, 20 Yanvar şəhid ailələrinin və 20 Yanvar əlillərinin iştirakı ilə keçirilən tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış ediblər.

İradə Mahmudova bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb.

Tədbir zamanı məktəblilərin hazırladığı kompozisiya nümayiş etdirilib, “Azərbaycan əsgəri”, “Vətən sənin şəhidlərin” mahnıları, qəhrəmanlıq haqqında şeirlər səslənib.

Sonda 20 Yanvar şəhid ailələrinə və əlillərinə yardım göstərilib.
Nərimanovda şəhidlər anıldı - FOTO
Nərimanovda şəhidlər anıldı - FOTO
Nərimanovda şəhidlər anıldı - FOTO

Şərhlər

XƏBƏR LENTİ