SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 403-cü otaqda qurulan tələ: Vahid Nuriyevin balsilən dəzgahı iş başında…

403-cü otaqda qurulan tələ: Vahid Nuriyevin balsilən dəzgahı iş başında…

Tarix:

10-03-2017, 11:15

/ 5 682 dəfə oxundu.
403-cü otaqda qurulan tələ: Vahid Nuriyevin balsilən dəzgahı iş başında…

Daxili İşlər naziri Ramil Usubova 403-cü otaqda əməlli-başlı tələ qurulub. Media üzərindən əldə olunan məlumata görə, bu otaqda söz sahibi general Usubov yox, başqa rütbəli DİN vəzifəlisidir.
Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidməti (MMX) və onun rəhbəri Vahid Nuriyev nazirin DİN sistemində son illərdə qurduğu yeni idarəçilik strategiyasını və reputasiyasını darmadağın edib.
V.Nuriyev R.Usubova elə bir zərbə vurub ki, illərdə modernləşdirilən DİN orqanlarına heç bir polis bu pisliyi etməmişdi.
Söhbət MMX rəhbərinin 403-cü otağı bazara çevirməsindən və polisin rüşvət almadığı haqda imici dağıtmasından gedir.
Hər bir sürücüyə tanış olan bu otaqda cibi boş qayıtmamaq mümkün deyil. Hər şeydən qabaq MMX biznesində əsas gəlirli işlərdən biri avtoxuliqanların cərimə ballarının silinməsidir.
V.Nuriyev “avtoş”ların ballarını kasıb-kusub, aztəminatlı, hüquqlarını o dərəcədə bilməyən sürücülərin boynuna biçir.
Məsələn, bir yetim sürücüyə 100 manat verməklə ballar onun sürücülük vəsiqəsinə köçürülür, avtoxuliqan xilas olunur və sonra dilini tapıb məsələni ört-basdır edirlər.
Təbii ki, bu bazarı əldən vermək istəməyən MMX rəhbərinin qurduğu biznesdə tək deyil. Onun çevik və işlək komandası var.
Bütün bunlar isə R.Usubovun, hər bir məsələyə və hər bir vətəndaşın müraciətinə həssas olan bir nazirin reputasiyasını korlamaqdır.
Media üzərindən məlumata görə, V.Nuriyev medianı susdurmaq taktikasını da mənimsəyib və mətbuat üzrə mütəxəssisə çevrilib.
MMX rəhbəri tənqidçi medianı susdurmaq və ona aid faktları elektron mətbuatdan sildirmək üçün danışıqlar aparır.
Maşını olan jurnalistin cərimələri, MMX və s. radarları silinir, ən pis halda maşını olan qohumuna bu “imtiyaz” verilir, bununla da media ilə dil tapır, biznesini inkişaf etdirir.
Beləliklə, R.Usubovu saymayan V.Nuriyev prezident İlham Əliyevin ümumi siyasətinə zidd fəaliyyətlə diqqət çəkir.
403-cü otağın bütövlükdə fəaliyyəti nazirə və prezidentə qarşı bir batalyondur. Çünki ölkənin daxili siyasətində yeni dövr başlanıb, vətəndaşların problemlərinin həlli tapşırılıb.
Ancaq bu otaq öz işini davam etdirir və hər gün silinən ballardan gələn qazanc 403-cü otaqdan bayıra çıxmır. Həmin otaqda Bəhruz adlı polis zabiti əyləşir.
Onun funksiyası MMX-sı olan sürücülərlə ortaq dil tapıb, “problem” həll etməkdən ibarətdir. Bəhruz, həm də Vahid Nuriyevin “qara kassası” kimi tanınır.
Sürücülərin “pul körpüsünə” çevrilən 403-cü otaqda hər gün dövlət büdcəsindən yüz minlərlə manat pul yayındırılır.
“Yazıya pozu yoxdur” deyiblər, amma bu atalar sözü də 403-cü otaqda öz kəsərini itirir. Çünki, MMX-nın 403-cü otağı məhz yazılanları pozmaq üçün fəaliyyət göstərir.
Media üzərindən məlumata görə, xüsusi mexanizm hazırlanıb. Belə ki, radara düşən sürücüyə elektron protokol tərtib olunaraq yaşadığı ünvanına göndərilir.
Amma, əksər hallarda cəriməni ödəmək istəyən sürücülər süni maneələrlə üzləşirlər. Belə ki, banka gedib cəriməni ödəmək istəyən sürücüyə bildirilir ki, cərimə sistemə vurulmayıb.
Cərimə sistemə vurmayıbsa deməli ödəyə bilməzsən, baxmayaraq ki, əlində ünvanına gəlmiş elektron protokol var.
Başqa bir variantda isə sürücülər az qala bir ili tamam olan, hətta bir ildən də artıq müddət keçmiş MMX radarlara görə saxlanılır və maşın cərimə meydançasına aparılır.
Belə olan halda isə əlacsız qalan sürücülər Baş Dövlət Yol Polis İdarəsinə və oradada 403-cü otağa üz tutmağa məcbur olurlar.
Buranın isə isə öz qanunları var, Azərbaycan qanunları keçərsizdir. Odur ki, toplanan pulların da Azərbaycan dövlətinə, onun xəzinəsinə heç bir aidiyyatı yoxdur.
Vətəndaşlar 403-cü otağın qarşısında toplaşaraq növbələırini gözlədikləri zaman ortada gəzən 2-3 nəfər əməkdaşlar gözə dəyir. Onlarda növbədən qıraqda dayanmış “xüsusi” klientləri və birdə onlara “privat” müraciət edənlərə qulluq edirlər.
Anaxeber.az-ın media üzərindən məlumatına görə, içəridə isə səni fakt qarşısında qoyaraq pul kisənin yüngüllüəşdirilməsinə kömək edən, DYP- işçisi və onun operator köməkçiləri var.
Əslində aydındır ki, DYP daxilində qurulmuş bu sistem cərimə pullarının bank vasitəsilə ödənilməsinə yaradılan maneələrin bir məqsədi var – sürücülərdən toplanan böyük məbləğdə pulların şəxsi ciblərə getməsini təmin etmək.
Sürücülər burada dövlətin xəzinəsinə deyil, V. Nuriyevin xüsusi “xəzinəsinə” pul ödəyirlər. Özü də bağlı qapılar arxasında, piyada vəziyyətdə. 403-cü otaqda hər gün yüz minlərlə manat daxil olsa da, bir nəfər də qürrələnə bilməz ki, o ödədiyinin əvəzinə qəbz ala bilib.
Bu isə büdcədən yayındırılan milyonlarla manat vəsait deməkdir. Görünür MMX-ni şəxsi obyektinə çevirən, heç bir qanuna məhəl qoymayan Vahid Nuriyev və 403-cü otaqda əyləşənlər üçün üçün nə ölkə başçısının, nə də Daxili İşlər nazirinin dedikləri heç bir əhəmiyyət daşımır.

AnaXeber.Az

Şərhlər

XƏBƏR LENTİ