XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib
Bu gün, 11:49

 Bəhreyn Müdafiə Qüvvələri İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib.

Bu barədə Bəhreyn Silahlı Qüvvələri Baş Komandanlığının bəyanatında bildirilib.

"Baş Komandanlıq təsdiq edir ki, bütün silah sistemləri və bölmələri ən yüksək hazırlıq vəziyyətindədir və Krallığın müdafiəsinə tam hazırdır", - Silahlı Qüvvələrin bəyanatında qeyd olunub.

Bəyanatda həmçinin vurğulanıb ki, mülki əhaliyə və şəxsi mülkiyyətə zərbə endirmək üçün raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.