Kəmaləddin Heydərova "naz edir"... - Başçının arzuları...
İcra başçısı Gömrük Komitəsinə sədr gəlmək istəyir: Süleyman Mikayılov yeni iddiaya düşüb
Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov yeni iddiaya düşüb. İcra başçısı postunu özü üçün çox kiçik vəzifə sayan "Çakır” ləqəbli icra başçısının gözləri indi daha yüksəklərdədir, indi o Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə gəlmək üçün dəridən-qabıqdan çıxır.
Fövqəladə hallar naziri Kamaləddin Heydərovun kadrlarından sayılan Süleyman Mikayılov artıq bu yöndə əməli fəaliyyətə də keçib: "DGK rəhbəri Aydın Əliyevin "vurulacağına” inanan icra başçısı indi bütün əlaqələrini işə salaraq onun kreslosuna əyləşməyə can atır. Bununla bağlı bir neçə dəfə Kamaləddin Heydərova söz eşitdirən icra başçısına ümidverici cavab verilməsə də Süleyman Mikayılov bu istiqamətindəki fəallığını azaltmayıb. K.Heydərovdan başqa daha bir neçə yüksək mənsəb sahibinə anoloji xahişlə minnətçi düşən S. Mikayılov yaxın ətrafına gec-tez məqsədinə nail olacağını söyləyib”.
Məlumat üçün bildirək ki, 1962-ci ilin aprelində Naxçıvanda anadan olan Süleyman Surxay oğlu Mikayılov 1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb. 1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...