SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Süleyman Mikayılovun limiti bitib - Onun işindən nə sakinlər, nə də “yuxarılar” razı deyil

Süleyman Mikayılovun limiti bitib - Onun işindən nə sakinlər, nə də “yuxarılar” razı deyil

Tarix:

20-12-2018, 17:13

/ 1 350 dəfə oxundu.
Süleyman Mikayılovun limiti bitib - Onun işindən nə sakinlər, nə də “yuxarılar” razı deyil

Qaradağın icra başçısından narazılıqlar o həddə çatıb ki, artıq ona tanınan güzəşt limiti tükənib



Son aylar xeyli sayda icra başçısı işdən çıxarılıb. Bu proses həm kənd rayonlarında aparılır, həm də Bakıda... Bu ilin aprel ayında keçirilən prezident seçkisindən sonra isə başçılarla bağlı daha fərqli siyasət yürüdülür. İcra başçıları ilə bağlı əvvəlki illərdə tətbiq edilən yerdəyişmə ənənəsi də tarixin arxivinə göndərilib. Məsələn, ötən illərdə A rayonunun icra başçısını çıxarıb, B rayonuna təyin edirdilər, C rayonuna da D rayonundan başçı gətirilirdi və s. Beləcə, köhnə kadrlar yeni rayonlarda vəzifələrə təyin edilirdi.

Artıq bu ənənənin işə yaramadığı göz önündədir. Yerlərdə xalqın razılığını, məmnuniyyətini qazanmaq hakimiyyət üçün çox önəmlidir. Ölkə prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı müsbət tendensiyalı siyasəti əksər vaxt tamahkar, rüşvətxor məmurlar zədələyir. Ona görə də hökumət icra başçıları ilə bağlı tamam fərqli siyasət yürütmək qərarına gəlinib.

Hələlik, Azərbaycanda siyasi tələblərlə etiraz aksiyalarının keçirilməsi mümkünsüz görünür. Lakin sosial narazılıqlar var və bu narazılıqların artmasında, problemlərin həll edilməməsində yerli məmurların günahları həddən artıq çoxdur. Vəzifəyə gəlir nöqtəsi, biznes obyekti kimi baxdıqları üçün xalqla ünsiyyət, insanların üzləşdiyi problemin həllinə diqqət arxa plana keçir. Nəticədə xalq hökumətdən narazı qalır. Ona görə də son aylar bu sahədə ciddi dönüş yaratmağa təşəbbüs göstərilir. İşinin öhdəsindən gələ bilməyən, xalqla, yerli əhali ilə rəftarını düzgün qurmayan, rüşvətxor, korrupsioner məmurları gənc və intellektual kadrlarla əvəzlənir.

Son 8 ayda Bakının rayonlarında da xeyli icra başçısı işdən azad edilib. Köhnə nəslin nümayəndələri kimi xarakterizə olunan bu kadrların yerinə gənc və reputasiyası təmiz kadrlar gətirilir. Bu dəyişikliklərdən hələlik yayına bilən başçılar da yox deyil.
Məsələn, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov kimi “köhnələr” hələ də məmur kreslolarından möhkəm yapışıblar.

Süleyman Mikayılovun adına mətbuatda tez-tez rast gəlinir. Onun ən çox yola getmədiyi təbəqə iş adamlarıdır. Bu haqda dəfələrlə mediada ayrı-ayrı iş adamlarının başçıdan şikayətləri dərc edilib. Süleyman Mikayılovun rəhbərlik etdiyi rayonda sosial narazılıqların tüğyan etdiyinə dair indiyədək çox yazılıb. Deyilənə görə, S.Mikayılov sadə insanlarla da ünsiyyətdə kobudluq göstərir, icra hakimiyyətinə gələn vətəndaşların şikayətlərinin həllinə köməklik göstərmir.

Süleyman Mikayılova Bakının ən böyük sənaye rayonundan olan Qaradağa rəhbərlik tapşırılıb. Rayonun əhali kontingenti də fərqlidir. Sənaye rayonu olduğu üçün Qaradağda əsasən, orta və kasıb təbəqə yaşayır. Musavat.com-a daxil olan məlumata görə S.Mikayılovun işindən nəinki yerli sakinlər, heç “yuxarılar” da razı deyillər. Dəfələrlə onun haqqında dosye hazırlanıb, aidiyyəti ünvanlara göndərilsə də hələlik S.Mikayılovla bağlı gözləmə mövqeyi seçilib. Deyilənə görə, artıq vəziyyət dəyişib.

Musavat.com-un əldə etdiyi məlumata görə, S.Mikayılova edilən güzəşt limiti artıq başa çatmaq üzrədir. Məlumatlı mənbə bildirir ki, yaxın zamanlarda Süleyman Mikayılov vəzifədən çıxarılacaq.

Şərhlər

XƏBƏR LENTİ