SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Övladları ilə bərabər xalqına, dövlətinə, Vətəninə sadiq və sədaqətlə xidmət edən general

Övladları ilə bərabər xalqına, dövlətinə, Vətəninə sadiq və sədaqətlə xidmət edən general

Tarix:

19-12-2018, 17:46

/ 7 474 dəfə oxundu.
Övladları ilə bərabər xalqına, dövlətinə, Vətəninə sadiq və sədaqətlə xidmət edən general

Xalqına, dövlətinə, Vətəninə sadiq və sədaqətlə xidmət edən böyük ürək sahibi, xeyirxah, səmimi, həyat prinsiplərinə sadiq alicənab insan və cəmiyyətdə böyük nüfuz sahibi olan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskili Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Ənvər oğlu Paşayev haqqında danışıb, fikir bölüşmək həqiqətən olduqca çox qürurvericidir.

Şahmar Paşayev hələ uzun illər polis orqanlarında çalışdığı bir müddət ərzində Vətəninə ruhu, qəlbiylə bağlı olan vətənpərvərliyilə seçilərək, hər zaman Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycançılıq ideyalarına sadiq qalaraq, onun siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin dövlətimizin inkişafı və tərəqqisi naminə apardığı daxili və xarici siyasətini daim dəstəkləmişdir.

Elə bu səbəbədəndir ki, bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb və sərəncamda xidməti vəzifəsini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskili Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Ənvər oğlu Paşayev “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdi.

Eyni zamanda general-mayor Şahmar Paşayev övladlarını Vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə edərək, onları Vətən məhəbbəti, Vətəni sevmək kimi ən ülvi hissləri aşlamışıdır.

Elə bu səbəbdəndir ki, hazırda generalın övladları, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin rəisi Turabi Paşayev və Fövqəladə Hallar Nazirliyində atası ilə bir yerdə şalışan Tural Paşayev Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxslərdir.

Şahmar Paşayevi və onun ailəsini yaxından tanıyan şəxslər qeyd edirlər ki, o öz bilik və bacarığını dövlətimizin inkişafı və daha da çiçəklənməsi, xalqının rifahı və rahat yaşayışı naminə övladları ilə bərabər yorulmadan sərf edir. Əqidəsinə sadiq, yüksək mədəniyyətə sahib olan Şahmar Paşayev böyük zəkası hər zaman ətrafa işıq saçaraq gənclərə düzgün yol seçmələrində örnək və bu yolda dayaq olmuşdur.

Yüksək insani keyfiyyətlərinə sahib, insan ləyaqətinə böyük hörmət və izzətlə yanaşan xeyirxaxlığın əzəmətli abidəsini şərəf, qürur və ləyaqətlə ucaldan, yüksək mədəni dövlət məmuru, hörmətli ziyalımız Şahmar Paşayevin yüksək dostluq və səmimiyyətindən məmnun olmaq mümkün deyil.

Redaksiyamız adından Azərbaycan xalqının oğlu fəxrimiz hörmətli Şahmar Paşayevə möhkəm can sağlığı,Vətən naminə çətin, şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.
Övladları ilə bərabər xalqına, dövlətinə, Vətəninə sadiq və sədaqətlə xidmət edən general
Övladları ilə bərabər xalqına, dövlətinə, Vətəninə sadiq və sədaqətlə xidmət edən general
Övladları ilə bərabər xalqına, dövlətinə, Vətəninə sadiq və sədaqətlə xidmət edən general

Şərhlər

XƏBƏR LENTİ