“Bravo”da savadsızlıq - FOTOFAKT
Paytaxtın ən böyük supermarketlər şəbəkəsi olan “Bravo”dan xəbər var.
“Kommersant.az” xəbər verir ki, günlərdir şəhərdə müxtəlif reklam plakatlarında, vitrinlərdə Azərbaycan dilinin dil xüsusiyyətlərinin pozulması faktları ilə bağlı məlumat verilir. Cari ilin əvvəllərində yaradılmış Azərbaycan Dövlət Reklam Agentliyi də (ADRA) ötən gün bu kimi səhvlərin aşkar olunacağı halda qanunvericiliklə tətbiq olunacaq tədbirlər planı və cərimələr haqda danışmışdı.
İndi isə belə bir halın paytaxtda qısa vaxt ərzində ad çıxarmış və şəhərin əksər ərazilərində rast gələ biləcəyiniz super ve hipermarketlər şəbəkəsi olan “Bravo”da olması, doğrusu məyusedici xəbərdir.
Belə ki, Bakı metrosunun “Koroğlu” stansiyası boyu bütün sütunlarda görə biləcəyiniz “Metro ilə rahatdır, yeni avto ilə isə lap əladır” sloqanında yol verilən ciddi səhvin diqqətdən kənar qalması mümkünsüzdür. Məsələ ilə bağlı şirkətin marketinq meneceri ilə əlaqə saxladıq. Amma təəssüf ki, səlahiyyətli şəxslərin əlaqə saxlayacağı bildirilsə də, müraciətimiz cavabsız qaldı. Əgər şirkətin rus dilli komandasına özümüzü düzgün ifadə edə bilməmişiksə, bu da bizim səhvimizdir.
Son olaraq cümlənin “səhvi harasındadır?” deyə sual verəcək şəxslər üçün qeyd: “Yeni avto ilə isə lap əladır” ifadəsi dil xüsusiyyətlərimiz üçün ona görə səhvdir ki, Azərbaycan dilində 3 köməkçi nitq hissəsi yanaşı işlənə bilməz. Bunun fərqinə varmaq üçün cümləni sadəcə diqqətlə tələffüz etmək kifayət edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?