Elmar Vəliyevin obyektlərinə əl qoyulur... - Keçmiş başçısı bazarını da itirdi
Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevlə bağlı bəzi yeni məlumatlar var. Modern.az-ın əldə etdiyi məlumata görə, E.Vəliyev oktyabrın 31-də dünyasını dəyişən qayınanasının Yevlaxda keçirilən yas mərasimində iştirak etdikdən sonra Gəncəyə gedib.
Əldə etdiyimi məlumatda bildirilir ki, Elmar Vəliyevin Gəncədəki obyektlərindən istifadəsinə qadağa qoyulub. Hazırda Vergilər Nazirliyinin əməkdaşları onun ticarət obyektlərində yoxlamlar aparır. Ən diqqətçəkən məqam isə Elmar Vəliyevin nəzarətində olan təzə bazarla bağlıdır.
Heç kimə sirr deyil ki, sabiq başçının dövründə sovetlər dönəmində “mərkəzi kolxoz bazarı” kimi tanınan “Gəncə bazarı”nda çalışan sahibkarlar sıxışdırılıb, onlardan izafi haqlar toplanıb, eyni zamanda ərazidən çıxmaları tələb olunub.
Məqsəd E.Vəliyevin Gəncədəki "Grand Qafqaz” ticarət mərkəzinin daha geniş şəkildə fəaliyyət göstərməsinə, digər bazarların qapadılaraq, bura köçürülməsinə nail olmaq idi. Məhz bu fəaliyyət nəticəsində ilin əvvəlində digər bazarlardakı ticarətçilərin narazılıqları geniş vüsət almışdı.
Daha bir yeniliyə görə, yeni başçı Niyazi Səfərov vətəndaş məmnunluğunu nəzərə alaraq, sələfi Elmar Vəliyevin ənənələrinin aradan qaldırılmasına, “Gəncə bazarı”nın normal şəkildə fəaliyyət göstərməsinə şərait yaradıb. Gəncə sakinlərinin bu yenilikləri böyük razılıqla qarşıladığı vurğulanır.
2018-ci il iyulun 3-də Elmar Vəliyev və mühafizəçisi Qasım Aşbazov Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilmişdi. Onları güllələyən Gəncə sakini Yunis Səfərov hazırda həbsdədir.
E.Vəliyev Prezident İlham Əliyevin 28 avqust 2018-ci ildə imzaladığı sərəncamla Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var