Deputat oğlu adam oğurluğu haqda istintaqa ifadə verib, 2 məmurun adını çəkib
Deputat Elmira Axundovanın oğlu, adı qalmaqalların mərkəzi fiquru kimi keçən Həbib Axundov istintaqa adam oğurluğu haqda məlumat verib. Deputat oğlunun sözlərindən belə aydın olub ki, Vergilər Nazirliyi Audit İdarəsinin əməkdaşları Anar Babayev və Anar Surxayzadənin Həbib Axundovun dostu və şəriki olmuş Elnur İbrahimovu qanunsuz olaraq saxlayıblar. Sonradan Elnur İbrahimov Əfv Komissiyasının üzvü Elmira Axundovanın Şüvəlanakı bağ evinə aparılıb.
Həbib Axundov sözlərinə görə, hadisə 31 iyul 2013-cü il tarixdə baş verib. Babayev və Surxayzadə Elnur İbrahimova külli miqdarda pulun şəkilini göndərib həmin pulu ona verəcəklərini deyib görüşə çağırıblar. Elnur İbrahimov görüşə gedib, Babayev və Surxayzadə onu tutub saxlayıblar. Maraqlıdır ki, deputat oğlunun ifadəsi araşdırılmamış qalıb.
Deputat Elmira Axundova Elnur İbrahimovun işi üzrə zərərçəkənlər haqda deputat blankında şikayətlər yazdığı bir vaxtda, Anar Babayev və Anar Surxayzadənin əməllərinin araşdırılması üçün hər hansı bir addım atmayıb.
Anar Babayev və Anar Surxayzadə Vergilər Nazirliyinin əməkdaşları olduqları müddətdə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimova külli miqdarda pul veriblər. Məbləğ nə az, nə çox - üst-üstə 550 min manat civarında olub. Sonradan Elnur İbrahimov aldadılmaqla evini Anar Surxayzadənin adına keçirib. Onu aldadan da elə Anar Surxayzadə olub. O, bunu gizlətməyib də. Adı istintaqa Həbib Axundov tərəfindən Elnur İbrahimovu qanunsuz saxlayan 2 nəfərdən biri kimi çəkilən Anar Surxayzadə maraqlıdır ki, ibtidai istintaqda 4 il sonra, həm də şahid qismində dəvət olunub, dindirilib. O, Elnur İbrahimovu aldatmaqla evini öz adına keçirdiyini etiraf edib. İbtidai istintaqda Anar Surxayzadənin bu ifadəsinə hüquqi qiymət verilməyib. Hazırda məhkəmədə də bu məsələlər araşdırılmır. Anar Babayev isə məhkəmə istintaqından yayınır.
Vergilər Nazirliyi işçilərinin qanunsuz biznesə pul yatırmaları haqda yaranan suallara da aydınlıq gətirilmir. Vergilər Nazirliyinin hər 2 əməkdaşının dövlətə vergi ödəmədən dövr etdirilən biznesə pul qoyub pul götürmələri də istintaqçılarıngözündən niyə yayınıb bilinmir. Dövlətin mənafelərinin Daxili İşlər Nazirliyi müstəntiqinin çıxdaş etməsi suallar doğurur.
Baş verənlər ümumilikdə maraqlı səhnəni ortaya çıxarır – deputat oğlu 2 vergi məmurunun cinayəti haqda istintaqa danışır. Bu məsələ araşdırılmır.
İstintaqa çağırılan vergi işçisi Həbib Axundovun şərikini aldadıb evini öz adına keçirdiyini deyir. Yenə də araşdırma aparılmır.
İstintaqda üzdən aparılan dindirmə ortaya külli miqdarda vergidən yayınma cinayətini çıxarır. Yenə də araşdırma getmir.
Bu məsələlərin araşdırılmaması isə ümumilikdə dövlətin mənafelərinə yumşaq desək təpik atmaqdır, hüquq mühafizə orqanlarına inamı artıran ədalətli araşdırma prinsiplərinə tüpürməkdir.
Criminal.az




Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var