QARADAĞ İCRA ŞÖBƏSİNİN İCRA MEYDANÇASINDA "QAN ÇANAĞI"
İcraçılar niyə "Cənnət park" adlı MTK-nın məhkəmə qərarında göstərilməyən iddialarına dair halların icrasını həyata keçirməyə cəhd edirlər???
…Çox təəssüflər olsun ki, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin şəxsi maraqlarının məhsulu olaraq "Biləcəri Təmir Quraşdırma" Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ kobud surətdə pozularaq qanunsuz icra hərəkətləri edilməkdədir... Elə bu qanunsuzluğa tab gətirməyən “Biləcəri Təmir Quraşdırma” QTSC-nin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya, eləcə də ədliyyə naziri Fikrət Məmmədova, daxili işlər naziri Ramil Usubova silsilə müraciətlər edib. Səhmdar Cəmiyyətin sədri Nazim Tahirov özü bütün var gücü ilə Konstitusiyamızla qorunan mülkiyyət hüquqlarının qanunlarımızın aliliyini göz bəbəyi kimi qorumalı olan məmurların kobud müdaxiləsindən müdafiə etmək üçün çalışır. Onun aidiyyəti dövlət qurumlarının vicdanlı rəhbərləri, əməkdaşları ilə apardığı danışıqlar da hələki harın məmurların maddi hərisliyi qarşısında acizdir. Niyə? Nə baş verir? «Ölkə Prezidenti cənab İlham Əliyev vətəndaşları, sahibkarları incidən, əmlaklarını tarmar edən, qanunlarımızı pozan məmurlara dəfələrlə xəbərdarlıq edib. Cənab Prezident vətəndaşlarımızın Konstitutsion hüquqlarının qarantı kimi mühüm bir missiyanı uğurla həyata keçirdiyi bir vaxtda, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi, general rütbəsi almağa iddialı olan Nurəddin Mustafayevin hərəkətləri təəssüf hissi doğurur», -deyir Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov… Və bu gün çoxsaylı jurnalistlərin, eləcə də «Space» TV-nin əməkdaşlarının iştirakı ilə, başda şöbənin rəisi Kamal Əliyevin rəhbərliyi olmaqla, Qaradağ İcra Şöbəsi əməkdaşlarının qanunsuz icra hərəkətləri ilə hadisə yerində olduq. Bu barədə daha ətraflı yazı çapa, video görüntülər isə həm saytımızda, həmçinin digər saytlarda yerləşdirilməyə hazırlanır. Hələlik bircə məqamı qeyd edək ki, cənab ədliyyə naziri Fikrət Məmmədov bir daha bilməlidir ki, onun tabeliyində olan İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev, eləcə də Qaradağ İcra Şöbəsinin rəisi Kamal Əliyev və onun əməkdaşları “Biləcəri Təmir Quraşdırma” QTSC-nin Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qərarlarında təsdiqini tapmış halal mülkiyyət hüququnu kobud surətdə pozurlar, qanunsuz hərəkətlərlə məşğuldurlar.
Bu gün icra meydançasında az qala qan su yerinə axacaqdı. Çünki qanunsuz olan məhkəmə qərardadı əsasında verilmiş icra vərəqində göstərilmədiyi halda, İcraçılar "Biləcəri Təmir Quraşçdırma"nın mülkiyyəti olan boruları maşınlara yükləyərək "Cənnət Park" MTK-ya təhvil verməklə həmin boruların Güzdək qəsəbəsində olan ərazilərinə daşımışlar. Və icraçılar həbs qoymaq adı altında bu gün 120 ədədi oğurlanıb aparılmış həmin boruların qalan hissəsini də aparmaq üçün qanunsuz icra həyata keçirmək istəyirdilər... Bəs İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev niyə buna yol verir və ya şərait yaradır??? Doğrudanmı onun məqsədi bu ölkədə qanunlarımızın işləmədiyinin, məmurların hikkəsinin şah olduğunu sübut etməkdir?!
İnanırıq ki, Nurəddin Mustafayevin görünməmiş qanunsuz hərəkətləri nazir Fikrət Məmmədovun diqqətinə çatdırılacaq və onun bu qanunsuz hərəkətlərinə son qoyulacaq, sahibkarın mülkiyyət hüqunun görünməmiş səviyyədə pozulmasına son veriləcək.
Bu gün isə bu qanunsuz hərəkətlərə mülkiyətçi, sahibkar Nazim Tahirovun qanuni dirənişi, eləcə də tanınmış ictimai xadim, böyük ictimai nüfuz sahibi olan Rasim Məmmədovun hüquqi izahları və təpərli müqviməti son verdi. Amma bütün bu qalmaqallara və süni qarşıdurmalara isə yekun nöqtəni nazir Fikrət Məmmədov özü qoymalıdır. Özü də nə qədər ki, gec deyil…

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var